Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaynanasını döyən şəxsə cinayət işi açılıb - rəsmi açıqlama

Bakıda qaynanasını döyən şəxsə cinayət işi açılıb. Bu barədə Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Musavat.com-a açıqlamasında bildirib

Xidmət rəisi bildirib ki, paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov qaynanasına bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 127.2.2-ci və 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri hərəkətləri həyata keçirilib. İstintaqla E.Bayramovun G.Abdullayevaya sağlamlığına az ağır zərər vurmasına məsinə əsaslı şübhələr müəyyən edilib.

Xidmət rəisi qeyd edib ki, E.Bayramov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə istintaqa cəlb olunub: “İş üzrə E.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.

Xatırladaq ki, E.Bayramov avqustun 21-də günorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra qaynanası G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evinə gəldiyini bildirib.

Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb və bundan əsəbiləşən E.Bayramov onların yaşadığı ünvana gedərək, onlara fiziki təzyiq göstərərək xəsarət yetirib.

pia.az


Etiket: Cinayət işi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar