Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqin yeni qulduru: MKİ Birləşmiş Əmirlikləri niyə qoruyur?

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Liviya, Qətər və Afrika ərazisində əsl “bandit dövlət” kimi siyasət aparır və məhz buna görə bu ölkə ilə bağlı kəşfiyyat aparmaq təhlükəli hesab edilir…

“Yeni Şafak” qəzeti, Türkiyə, 27 avqust 2019-cu il

Körfəzin şər yuvası olan BƏƏ-dən Pentaqon və MKİ tərəfindən qərargah kimi istifadə olunduğu bir daha təsdiq olunub. “Reuters” agentliyinin sabiq MKİ işçilərinə istinadən verdiyi xəbərə görə, Amerikanın gizli servisi olan MKİ-nin izləmədiyi bir neçə ölkə arasında Birləşmiş Ərəb Əmirlikləri də var. Bu, o deməkdir ki, MKİ kiçik Körfəz ölkəsi olan BƏƏ-yə çox xüsusi bir imtiyaz verib.

Orta Şərqin şər yuvası olan Birləşmiş Ərəb Əmirliklərinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nəzarətində olduğu ortaya çıxıb. “Reuters” 3 nəfər sabiq MKİ işçisinə istinadən verdiyi xəbəri “MKİ niyə BƏƏ-ni izləmir?” başlığı ilə dərc edib. Xəbərə görə, Amerikanın xarici kəşfiyyat quruluşu MKİ Körfəz ölkəsi olan BƏƏ-nin regional fəaliyyətinə nəzarət etmir. İddia edilir ki, MKİ kəşfiyyat fəaliyyətlərinin təməli olan və insan resursları əsasında işləyən (HUMINT) kəşfiyyat texnikası BƏƏ-nin üzərində istifadə edilmir. Yəni kiçik bir Körfəz ölkəsi olan BƏƏ MKİ-nin verdiyi xüsusi bir imtiyazdan yararlanır.

Qara dəlik yaradılır

“Reuters”ə açıqlama verən 3 sabiq MKİ xəfiyyəsi qeyd edib ki, kəşfiyyat servisi və sahədəki xəfiyyələr BƏƏ ilə bağlı heç bir bilgi toplamayıblar. Bir başqa sabiq MKİ işçisi isə bildirir ki, ABŞ-ın bəzi yaxın müttəfiqləri ilə bağlı kəşfiyyat tədbirləri aparılarkən, BƏƏ-nin bölgədə artan hərbi-siyasi ehtiraslarının MKİ tərəfindən izlənilməməsi sadəcə məsələyə “başdansovdu yanaşmaq”dır. Vəzifəli şəxslər bu durumun ABŞ kəşfiyyatı üçün təhlükəli bir qara dəlik olduğunu düşünürlər.

BƏƏ-ni “Beş Göz”lə bir tuturlar

Xəbərdə sabiq kəşfiyyat mütəxəssisləri qeyd edib ki, BƏƏ-nin MKİ tərəfindən qorunması BƏƏ-ni ABŞ-la ortaq olan “Beş Göz”lə - Yeni Zelandiya, Avstraliya, İngiltərə və Kanada və s. - eyni səviyyədə tutur. Belə ki, ABŞ-ın bölgədəki bir digər müttəfiqi olan Səudiyyə Ərəbistanını hədəf alan kəşfiyyat prosesi BƏƏ-yə gəldikdə həyata keçirilmir.

Hər daşın altından çıxır

ABŞ-da Donald Tramp administrasiyasında işləmiş bir başqa sabiq vəzifəli şəxs isə bildirir ki, BƏƏ Liviya, Qətər və Afrika ərazisində əsl “bandit dövlət” kimi siyasət aparır və məhz buna görə, bu ölkə ilə bağlı kəşfiyyat aparmaq təhlükəli hesab edilir. Tramp Administrasiyasının sabiq işçisi: “Afrikada hansı daşı qaldırsaq, altından BƏƏ çıxır”, deyərək bu quldur dövlətin bölgədə yaratdığı təhdidi vurğulayıb.

Hərbi “Akademiya”

ABŞ-ın “Foreign Policy” (FP) jurnalının 2017-ci ilin dekabrında verdiyi məlumata əsasən, BƏƏ Körfəzdə bir casus imperiyası qurmaq üçün ABŞ-ın kəşfiyyat, hərbi və hökumət nümayəndələrinə böyük məbləğlər ödəyib. FP iddia edirdi ki, Əbu-Dabinin Zayed limanı yaxınlığındakı hovuzlu bir villada qərblilər BƏƏ-lilərə kəşfiyyat təlimi keçib. BƏƏ-lilər, həmçinin, Əbu-Dabidən 30 dəqiqə məsafədəki “Akademiya” adlı mərkəzdə MKİ-nin “Paery” düşərgəsində olduğu kimi atışma təlimindən keçiblər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar