Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya diplomatı ilk dəfə həmin sirli partlayışdan danışdı

Rusiya diplomatı ilk dəfə Arxangelsk vilayətində, Severodvinsk ətrafındakı poliqonda avqustun 8-də baş vermiş və ətrafa radiasiya sızması ilə müşaiyət olunan sirli raket partlayışı barədə danışıb

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin vəzifələrini icra edən Aleksey Karpov həmin poliqonda ABŞ-ın raketdən müdafiə haqda SSRİ ilə bağlanmış müqavilədən çıxmasına cavab olaraq işlənib hazırlanan silahın sınaqdan keçirildiyini açıqlayıb.

Xəbər verildiyi kimi daha əvvəl Rusiya Müdafiə Nazirliyi poliqonda “maye yanacaqla işləyən raket mühərrikinin” sınaqları zamanı partlayış baş verdiyini, ətrafa nüvə enerji mənbəyindən radiasiya sızması qeydə alındığını açıqlamışdı. Partlayış nəticəsində “Rosatom”un 5 yüksək rütbəli mütəxəssisi həlak olub.

Lakin ABŞ kəşfiyyatı poliqonda nüvə mühərrikli “Burevestnik” qanadlı raketinin sınaqdan keçirildiyini prezident Trampa məruzə edib. Bu raket haqda prezident Putin ilk dəfə ötən il danışmışdı. “Burevestnik” səsdən iti uçan, qeyri-məhdud radiusa malik və nüvə mühərriki ilə işləyən, eyni zamanda nüvə başlığı daşıya bilən raketdir. Həmin raketə qarşı istənilən mövcud və perspektiv raketdən müdafiə sistemi effektsizdir.

“Avqustun 8-də Severodvinsk ətrafındakı poliqonda aparılan sınaqlar bizim ABŞ-ın 2002-ci ildə raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqda Müqavilədən birtərəfli qaydada çıxmasına cavab olaraq işlənib hazırlanmaqda olan silahla bağlı idi”,-rusiyalı diplomat bildirib.

Daimi nümayəndənin sözlərinə görə, insident rayonunda radiasiya fonu hazırda norma daxilindədir. Sınaq rayonunda ekoloji fəlakətin baş verdiyi haqda məlumatlar isə sənədlərlə təsdiqlənmir.

Rusiyalı diplomatın açıqlaması sınaqların həqiqətən “Burevestnik” raketinin mühərriki üzərində aparıldığına dair təxminləri gücləndirir. ABŞ-la SSRİ arasında imzalanmış raketdən müdafiə sistemlərinin məhdudlaşdırılmasına dair Müqavilə tərəflərin bir-birinə nüvə zərbəsi endirməsi riskini azaltmağa hesablanmışdı. Müqaviləyə əsasən tərəflər əsas hərbi-sənaye mərkəzləri və iri şəhərləri üzərində hava məkanını raketdən müdafiə qalxanı ilə qorumamalı idi. Bu isə o demək idi ki, əgər tərəflərdən biri digərinə nüvə zərbəsi endirməyi qərara alsa cavab zərbəsinin qaçılmaz olacağını nəzərə alsın.

Lakin 2002-ci ildə ABŞ bu müqavilədən çıxıb və raketdən müdafiə sistemlərini inkişaf etdirməyə, onları Avropada yerləşdirməyə başlayıb. Rusiya isə bunu birbaşa təhdid kimi qəbul edir və cavab olaraq istənilən raketdən müdafiə sistemini dəf edə bilən raketlər üzərində işləyir. Bura hipersəs sürətli raketlər də daxildir. Rusiya belə raketlərin nüvə yanacağı ilə işləyən mühərriklə, yəni mini nüvə reaktoru ilə təchiz ediləcəyini açıqlayanda qərb alimləri təəcüblənmişdi və bu cür mühərriki hazırlamağın fizikanın qanunlarına zidd olduğu irəli sürülmüşdü.

Bu arada Norveçin nüvə mütəxəssisi də Severodvinsk poliqonundakı partlayışın mini nüvə reaktorunda baş verdiyini bildirir. Mütəxəssis partlayış nəticəsində ətrafa yayılan izotoplara əsasən bu qənaətə gəlib.

Belə ki, Rusiyanın “Rosgidromet» dövlət agentliyinin bildirdiyinə görə, qəzanın baş verdiyi Severodvinsk şəhərində radiasiyanın yüksəlməsinə izotopların dağılması nəticəsində formalaşmış inert radioaktiv qaz buludu səbəb olub. Bu izotopların Stronsium-91, Barium-139, Barium-140 və Lantan-140 olduğu, uyğun olaraq 9,3 saat, 83 dəqiqə, 12,8 gün və 40 saat yaşadığı açıqlanıb.

Norveçdən nüvə təhlükəsizliyi eksperti isə deyir ki, Rusiyanın şimalındakı hərbi poliqondan buraxılan barium, stronsium və lantan izotopları burada nüvə reaktorunun partladığını göstərir, Moskvanın iddia etdiyi kimi raket mühərriki üçün yanacaq mənbəyinin, yaxud raketin deyil.

“Barium və stronsium kimi izotoplar nüvə zənciri reaksiyasından yaranır. Bu, nüvə reaktorunun partlamasının sübutudur”, – Norveçdə işlənmiş nüvə yanacağının təhlükəsiz idarə olunmasını öyrənən hökumət agentliyindən Nils Bohmer deyib. Ancaq Bohmer əlavə edir ki, əgər mühərrikdə “izotop mənbəyi” partlasaydı, Rusiya dövlət hava agentliyinin avqustun 26-da bildirdiyi kimi, havada qısaömürlü izotopların qarışığı aşkarlanmazdı.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar