Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“G-7” zirvəsində İran problemi: Tramp və Makron qarşıdurması…

Cavad Zərifin “G-7 Zirvəsi”nin iclaslarından birində iştirak etməsi sürpriz idi...

Abdullah Muradoğlu
“Yenişafak” qəzeti, Türkiyə, 27 avqust 2019-cu il.

ABŞ-ın haqqında sanksiya tətbiq etdiyi İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin keçən həftə Fransanın Biarrits şəhərində təşkil edilən “G-7 Zirvəsi”nin iclaslarından birində iştirak etməsi sürpriz hesab edilə bilərdi. Ağ Evdən gələn xəbərlərə görə, Zərifin ziyarəti Tramp üçün də sürpriz olub.

Fransa prezidenti Emmanuel Makronun İranABŞ arasındakı gərginliyi azaltmaq üçün Cavad Zərifi Biarritsə dəvət etdiyi bildirilir. Makrona görə, Zərifin ziyarəti İran və Tramp arasında müzakirələrin başlanğıcıdır. Əsas müzakirə başlığı isə, İranın qitələrarası ballistik raket proqramı olub. İran ballistik raketlərlə bağlı ABŞ ilə müzakirəyə getməyəcəyini bildirmişdi.

Tramp daha öncə İranla “Nüvə sazişi” imzalayan Avropa dövlətlərindən geri çəkilməklərini istəmiş və onları İrana qarşı sanksiya tətbiq etməyə çağırmışdı.

Qeyd edim ki, 2015-də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya tərəfindən imzalanan razılaşmanı “Avropa İttifaqı”da dəstəkləmişdi. Tramp Barak Obama tərəfindən imzalanan sazişdən çıxdığını bəyan edərkən sazişə imza atan bütün ölkələr İranın razılaşma şərtlərini pozmadığını bildirərək Trampın geri çəkilmə qərarına qarşısı çıxdılar. Trampın İranla iş görən şirkətlərə gözdağı verməsindən sonra digər imzaçılar dollarını kənarda saxlayan sistemi gətirməyə çalışırlar. Keçən ay Vyanada bir araya gələn tərəflər, ABŞ-ı sanksiyalarına rəğmən İranla ticarəti davam etdirmək üçün “INSTEX” adı verilən yeni mexanizmi müzakirə etdilər.

Vyana toplantısından sonra, ABŞ və İsrail Alyaskada ortaq raketdən müdafiə sistemi test etməyə başladılar. “Arrow 3” adlı anti-ballistik raket sistemi, nüvə başlığı daxil, İranın ballistik raketlərinə qarşı yönləndirilib. 10 ildən çoxdur ki, təkmilləşdirilən “Arrow 3” sınaqdan çıxmağı bacarıb.


“Zənginlər klubu” olaraq adlandırılan “G-7”nin Fransadakı yığıncağına damğa vuran digər məsələ isə, İranın Vaşinqton mərkəzli “Demokratiyanı Müdafiə fondu”nun rəhbəri Mark Dubovits haqqında sanksiya tətbiq etməsi idi. Dubovitsin rəhbərlik etdiyi fond ABŞ-ın İran nüvə başlığı razılaşmasından çəkilməsi üçün səy göstərən İsrail yanlısı qurum olması ilə bilinir. Tehran isə, fondu İrana yönələn “iqtisadi terror” kampaniyasının parçası olmaqla ittiham edir.

Dubovits “Twitter”də Məhəmməd Cavad Zərifin “G-7” zirvəsində qarşılanmağına reaksiya bildirib. Dubovits, Tramp və Makrondan Zərifin BMT-nin Sentyabr ayında gerçəkləşəcək zirvəsində iştirak etməsinə qadağa tətbiq olunmasını istəyirdi.

ABŞ-ın İran baş diplomatı olan Zərifə sanksiya tətbiq etməsi mübahisəli qərar olaraq görünür. Normal şərtlərdə BMT üzvü olan ölkənin zirvədə iştirakının qarşısını almaq mümkün olaraq görünmür. Lakin, beynəlxalq diplomatiyanı ciddiyə almamaqla ittiham edilən Trampın, Zərifin zirvədə iştirakı ilə bağlı necə tutum sərgiləcəyi bilinmir.

İranla 2015-ci ildə imzalanan “Nüvə sazişi” regional sülhü təmin etmək üçün “tarixi kompromis” olaraq irəli sürülmüşdü. Trampın sazişdən çıxma qərarı ilə birlikdə razılaşma regionu potansial müharibəyə sürükləyən diplomatik krizin mərkəzində yer alır.

Tərcümə PİA.az-ındır

Orijinal

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar