Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış jurnalistin qızına qarşı dələduzluq - Bakıda

InTravel Az şirkəti 20-dən çox ailəyə Antaliyada istirahət adı ilə saxta tur-paket "sırıyıb”

PİA.az xəbər verir ki, fırıldağın üstü hava limanında açılıb. Məlum olub ki, nə bilet var, nə otel. Bu barədə fırıldağın "qurban”larından biri Leyla Məmmədli Sadıqzadə sosial şəbəkədə məlumat yayıb: "Dostlar, başıma belə bir hadisə gəldiyi üçün şokdayam. Sizinlə paylaşmaq istədim ki, mənim kimi tələyə düşməyəsiniz. Mən ailəmlə - uşaq, yoldaşım, anam, qardaşım və s. bu gün səhər Antalyaya uçmalıydıq. InTravel Az-dan tam ödəniş edərək möhürü, imzası, çeki olan sənədlə, guya, tur-paket almışdıq. Səhər hava limanında anlaşılıb ki, nə bilet var, nə otel”.

Leyla Məmmədli Sadıqzadə bildirib ki, onlar kimi 20-dən çox ailə də bu dələduzluqla üzləşib. Onlar məsələnin qanun yolu ilə həllinə çalışacaqlar: "Təbii ki, qanun qarşısında cavab verəcəklər. Təbii ki, pulumuzu geri alacağıq. Ancaq mənim və ailəmin yaşadığı stresin bədəlini heç kəs ödəyə bilməyəcək. Başqalarının pullarını öz şəxsi mənafelərinə görə mənimsəyən dələduzlardan heç nə almayın. Belə yalançı travel şirkətləri bağlanmalıdır. Əminəm ki, hüquq mühafizə orqanları məsələ ilə bağlı ən qısa zamanda tədbir görəcək”

Qeyd edək ki, Leyla Məmmədli Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində İnformasiya Təminatı şöbəsinin müdiri, Azərbaycan Mətbuat Şurasının üzvü, tanınmış jurnalist Yadigar Məmmədlinin qızıdır. (BakuPost)

pia.az


Etiket: InTravel Az

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar