Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycan hindistanlı səyahətçilər üçün populyar məkana çevrilir" 

Bu sözıəri Hindistanın Azərbaycandakı səfiri söyləyib

Hindistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın APA-ya müsahibəsi

- Cənab səfir, gəlin söhbətə son günlər bütün dünyanın da diqqətində olduğu Cəmmu və Kəşmir ətrafında yaranmış vəziyyətdən başlayaq. Avqustun 5-də Hindistan Cəmmu və Kəşmirin xüsusi statusunu ləğv etdi. Bu addımın məqsədi nədir? Dehli bu qərarla nəyə nail olmaq istəyir?

- Hindistan hökumətinin Cəmmu və Kəşmirə xüsusi status təmin edən Konstitusiyanın 370-ci maddəsini ləğv etməsinin məqsədi idarəçiliyi yaxşılaşdırmaq və sosial-iqtisadi ədaləti bərpa etməkdir. Qeyd etməliyəm ki, bu qərar Hindistanın daxili məsələsidir. Bu, heç bir yolla Cəmmu və Kəşmirin sərhədlərini dəyişmir. Bu qərarı verməklə Hindistan hökuməti bütün ölkədə, xüsusən də qadınlar və həssas qruplar üçün inkişaf və sosial-iqtisadi irəliləyişin mənfəətlərini daha effektiv şəkildə təmin edə biləcək. Misal üçün, 1954-cü ildə 370-ci maddə altında imzalanmış sərəncam mülk əldə edilməsini, yaşayış yerlərinin tikilməsini, təhsil və işgüzarlığı məhdudlaşdırırdı. Nəticədə ştatın iqtisadi inkişafına yönəlmiş sərmayələrə maraq azalırdı, çünki ştatın daxilində başqa heç bir şirkət və ya fərd Cəmmu və Kəşmirin iqtisadiyyatına sərmayə yatırmaq istəmirdi. Eyni maddə altında Cəmmu və Kəşmirin qadınları ştatın sakinləri ilə evli olmadıqları halda öz mülklərini övladlarına ötürə bilmirdilər. Həmçinin, eyni maddə ilə qadınlar ölkənin digər bölgələrindən fərqli olaraq Cəmmu və Kəşmirdə yerli hakimiyyət orqanlarında təmsil oluna bilmirdilər.

- İnanırsınızmı ki, Cəmmu və Kəşmirin xüsusi statusunun ləğvi problemin həllinə kömək edəcək?

- 370-ci maddənin ləğvi ilə Cəmmu və Kəşmirdə inzibati effektivlik və idarəçiliyin keyfiyyəti kökündən inkişaf edəcək, Cəmmu və Kəşmir sürətli iqtisadi artım yolunda Hindistanın digər bölgələrinə qoşulacaq. Keçmişdə mərkəzi hökumət tərəfindən ayrılan böyük resurslar (2004-2019-cu illərdə 40 milyard ABŞ dolları) Cəmmu və Kəşmirin müvafiq inkişafı ilə nəticələnməyib. Hindistan əhalisinin 1 faizini təşkil edən Cəmmu və Kəşmirə hökumət həmişə milli büdcənin 10 faizini ayırıb.

- Cəmmu və Kəşmirin xüsusi statusunun ləğvi Pakistanla əlaqələrin pisləşməsinə səbəb olub. Pakistan Hindistanla ticarəti və mədəni mübadiləni dayandırıb, hindli diplomatları ölkədən çıxarıb. Hindistan bu addımları necə qarşılayır?

- Bu tədbirlər Pakistan tərəfindən görülən birtərəfli tədbirlərdir. Biz onlardan qərarlarını yenidən nəzərdən keçirməyi xahiş etmişik, çünki düşünürük ki, belə addımlar problemin həllinə yardım etməyəcək. Bu tədbirlərin arxasındakı motiv dünyaya bizim əlaqələrimizin təhlükəli müstəvidə olduğunu təqdim etməkdir.

- Problemi həll etmək üçün Hindistanın növbəti addımları nədən ibarət olacaq?

- Hindistan hökuməti və Cəmmu və Kəşmirin yerli hökuməti bölgədə vəziyyəti yaxşılaşdırmaq üçün davamlı səylər göstərir. Ən lazımlı tədarüklər görülüb. Xəstəxanalar və tibb müəssisələri normal şəkildə fəaliyyət göstərir. Dərman qıtlığı yaşanmır. Avqustun 19-dan etibarən 190-dan çox ibtidai məktəbdə və 200-dən çox orta məktəbdə fəaliyyət bərpa edilib. Qeyd etmək lazımdır ki, hökumətin Cəmmu və Kəşmirlə bağlı qərarından sonra regionda böyük şiddət halları yaşanmayıb. Bir güllə belə atılmayıb, insan ölməyib. Yerli hökumət əvvəl qanun və qaydanı təmin etmək məqsədilə tətbiq olunan bəzi məhdudiyyətləri artıq yüngülləşdirib. 197 polis məntəqəsindən 136-sı məhdudiyyətləri əhəmiyyətli dərəcədə yüngülləşdirib.

- Məlumdur ki, regionda silahlanma yüksək səviyyədədir. Hesab edirsinizmi ki, siyasi dialoq vasitəsilə silahlanmadan yayınmaq mümkün ola bilər?

- Hindistan həmişə bütün məsələləri həll etmək üçün ikitərəfli siyasi dialoqa hazırdır.

- Azərbaycan və Hindistan arasında əlaqələrə keçək. İki ölkə arasında siyasi dialoqun səviyyəsi Sizi qane edirmi? Münasibətlərin hazırkı durumunu ümumilikdə necə dəyərləndirirsiniz?

- Hindistan və Azərbaycan arasında tarixi və mədəni bağlara əsaslanan yaxın və isti münasibətlər mövcuddur. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən bizim yaxın əlaqələrimiz var. Hindistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. 2017-ci ildə biz diplomatik əlaqələrimizin 25-ci ildönümünü qeyd etdik. Bizim 1999-cu ildən Bakıda rezident missiyamız fəaliyyət göstərir. İki ölkə arasında əlaqələr çoxşaxəlidir və siyasi, iqtisadi, mədəni, humanitar sahələri əhatə edir. Son illər ərzində əlaqələrimiz diversifikasiya olub və genişlənib. Biz gələcəkdə bu əlaqələrin daha da yüksək müstəviyə çatacağına ümid edirik.

- İki ölkə arasında iqtisadi və ticarət əlaqələri nə yerdədir? İqtisadi və ticari əlaqələri daha da yüksəltmək üçün nə tələb olunur?

- Azərbaycan və Hindistan arasında ikitərəfli iqtisadi və ticari əlaqələrdə son illər ərzində artım yaşayıb. 2005-ci ildə 50 milyon ABŞ dolları təşkil edən ikitərəfli ticarət 2018-ci ildə 922 milyon dollar təşkil edib. Hazırda Azərbaycanda 200-dən çox Hindistan şirkəti fəaliyyət göstərir. Onların Azərbaycana yatırdığı ümumi investisiya 1.2 milyard ABŞ dollarından çoxdur. İkitərəfli ticarət əlaqələrini artırmaq üçün biz hər iki ölkənin biznes icmalarını bir-biri ilə daha yaxından əlaqə qurmağa təşviq etməliyik. Buna isə biznes nümayəndə heyətlərinin sıx-sıx ikitərəfli səfərlərini təşviq etməklə nail olmaq olar.

- Hazırda Azərbaycan və Hindistan hansı sahələr üzrə əməkdaşlıq edir?

- Hindistan və Azərbaycan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin üzvüdür. Hər iki ölkə bu layihənin erkən fəaliyyətə başlamasında maraqlıdır. Biz, həmçinin, kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edirik. Hindistan Texniki və İqtisadi Əməkdaşlıq proqramları vasitəsilə Azərbaycanın hökumət rəsmilərinə və digər mütəxəssislərə mütəmadi olaraq təlimlər keçirik. Biznes tərəfdən isə bizim şirkətlərimiz əczaçılıq, energetika, turizm və digər sahələrdə əməkdaşlıq edirlər.

- Gələcəkdə ikitərəfli yüksək səviyyəli səfərlər planlaşdırılırmı? Bildiyiniz kimi, oktyabr ayında Azərbaycan Qoşulmama Hərəkatının zirvə sammitinə ev sahibliyi edəcək. Hindistanı bu sammitdə kim təmsil edəcək? Baş nazir Narendra Modinin sammitdə iştirakı gözlənilirmi?

- Oktyabrda Azərbaycanın ev sahibliyi edəcəyi Qoşulmama Hərəkatı sammitində Hindistanın yüksək səviyyəli iştirakı nəzərdə tutulur. Detallar məlum olan kimi bölüşəcəyik.

- Azərbaycan və Hindistan arasında turizm əlaqələri hansı səviyyədədir? Azərbaycana gələn hindistanlı turistlərin sayında artım müşahidə olunurmu?

- Hindistandan Azərbaycana gələn turistlərin sayında sürətli artım müşahidə olunur. Bu, onun göstəricisidir ki, Azərbaycan hindistanlı səyahətçilər üçün populyar məkana çevrilir. Biz, həmçinin, Azərbaycandan Hindistana gedənlərin sayında da artım görmək istərdik.

- Hindistanlılar Azərbaycanda biznes qurmaqda və buraya sərmayə yatırmaqda maraqlıdırlarmı?

- Azərbaycanda 200-dən çox Hindistan şirkətinin fəaliyyət göstərməsi onu göstərir ki, hindistanlı iş adamları arasında Azərbaycanda iş görməyə maraq artır. Mən gələcəkdə bu sahədə artım gözləyirəm.

Pia.az


Etiket: Hindistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar