Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin tapşırıqlarına əməl etməyən rəhbər - 926 nəfəri işdən çıxardı...

Bankir direktora yeni ittihamlar: “Min nəfəri işdən çıxarıb”

“Azərpoçt” MMC-də islahatlar adı altında neçə ilin təcrübəli əməkdaşlarının işdən uzaqlaşdırılması (Ümumilikdə 1000 nəfərə yaxın-red.) qurumda ciddi narazılıq yaradıb. 2018-ci ilin aprel ayında Emin Əfəndiyev “Azərpoçt” MMC-yə Baş direktor təyin olunandan sonra başlanan bu proses nəticəsində yüzlərlə təcrübəli rabitəçi işini itirib. Bu proses islahat adı altında aparılsa da, təcrübəli rabitəçilərin yerinə tamamilə başqa ixtisas sahiblərinin götürülməsi niyyətin başqa olduğunu ortaya qoyub. Belə məlum olub ki, Emin Əfəndiyev və ətrafı “Azərpoçt” MMC-də öz “komandalarını” formalaşdırır.

Rabitəçilər əsasəsən keçmiş bankirlərdən ibarət olan bu komandanın”Azərpoçt”u əməlli-başlı bazara çevirdiklərini, qurumu şəxsi şirkəti kımi idarə etdiklərini, hətta dövlər vəsaitini mənimsəmək üçün talan sistemi qurduqlarını iddia edirlər. Onların fikrincə, “Azərpoçt” MMC-də qeyri-peşəkar idarəçilik, aparılan struktur islahatları poçt rabitəsinin inkişafına deyil, Azərbaycan poçtunun məhvinə xidmət edir.

Narazılar bu barədə dəfələrlə Rabitə Nazirliyinə, müxtəlif dövlət strukturlarına yazsalar da, şikayətləri cavabsız qalıb, tədbir görülməyib. Buna görə də, rabitəçilər şikayətlərini, qarşılaşdıqları problemləri media, o cümlədən “AzPolitika.info” saytı vasitəsilə ictimailəşdirərək, səslərini ölkə rəhbərliyinə çatdırmaq istəyirlər.

Bir qrup rabitəçinin “AzPolitika.info”-ya göndərdiyi növbəti məktubda da bu problemin başqa istiqamətlərindən söhbət açılır.

““Azərpoçt”dakı hazırkı komanda ölkə rəhbərliyinin etimadını doğrultmaq iqtidarında deyil. “Azərpoçt” MMC-nin Baş direktoru Emin Əfəndiyev və onun gətirdiyi kadrların son 1 ildə poçt-rabitə sektorundakı fəaliyyəti bunu tam şəkildə sübut edir…”, – məktub belə başlayır.

Qeyd edilir ki, “Azərpoçt” MMC-nin fəaliyyətinin acınacaqlı duruma düşməsi məhz Emin Əfəndiyevin quruma rəhbərlik etməsindən sonraya təsadüf edir: “Emin Əfəndiyevin “Azərpoçt” MMC-yə rəhbərliyindən sonra heç bir avtomatlaşdırmadan, rəqəmsallaşmadan, müasir standartların tətbiqindən söhbət gedə bilməz. Nəinki rəqəmsallaşma, ümumiyyətlə şöbələrdə kompüter və texniki avadanlıqlar çatışmır, olanların da təmirə ehtiyacı var. 1 il 4 aydır ki, Əfəndiyev və komandasının ölkənin milli poçt operatorunu və Bakı şəhərindəki poçt filiallarını hansı hala gətirdiyi göz önündədir. “Azərpoçt” MMC-nin məsul vəzifəli şəxsləri tərəfindən alınan təsərrüfat mallarının qiymətləri şişirdilir, dövlət əmlakının özəlləşdirilərək satılmasından, icarəyə verilməsindən əldə edilən vəsaitlər büdcədən yayındırılaraq mənimsənilir. Emin Əfəndiyevin “Azərpoçt” MMC-nin qocaman rabitəçilərini qurumdan uzaqlaşdırması bu niyyətini rahat həyata keçirmək istəyindən irəli gəlir”.

Məktubda “Azərpoçt” MMC-nin ölkə Prezidentinin qərarlarına da məhəl qoymadığı qeyd edilir: “Azərbaycan Prezidenti 2019-cu il yanvarın 29-da keçirilən konfransda məşğulluq məsələləri üzərində xüsusi dayanaraq demişdir: “Dövlət qurumlarında aparılan struktur islahatları iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yeri açmalıdır”. Dövlət başçısınında qeyd etdiyi kimi, islahatlar ölkə vətəndaşının rifah halının yaxşılaşmasına xidmət etməlidir.
Ölkə prezidenti İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı fərmanda da xüsusi qeyd edilmişdir ki, aparılan islahatlar zamanı işçilərin ixtisar olunmasına yol verilməməlidir. Lakin Əfəndiyev ölkə rəhbərinin sərəncamlarına, fərmanına məhəl qoymadan “Azərpoçt” MMC-də heç bir əsaslı səbəb göstərmədən peşəkar rabitəçiləri kütləvi şəkildə ixtisar edirək, işdən çıxarılanların yerinə bu sahəylə heç bir bağlılığı olmayan insanları yerləşdirir”.

Məktubda ötən ilin iyul ayından bu ilin mayına qədər “Azərpoçt” MMC-nin 926 nəfər peşəkar mütəxəssisinin müxtəlif adlar altında işdən çıxarıldığı xatırlanaraq, son 11 ay ərzində onların yerinə əksəriyyəti rabitəçi olmayan 787 nəfərin işə qəbul edildiyi bildirilir. “İndi sual olunur: əgər Emin Əfəndiyev “Azərpoçt” MMC-də islahat aparırdısa, niyə bu qədər işçini işə qəbul edirdi? Deməli, məqsəd islahat deyil, “Azərpoçt” MMC-ni peşəkar rabitəçilərdən “təmizləmək”, qurumu öz kadrlar ilə doldurmaqdır. Qeyd edək ki, hazırda “Azərpoçt” MMC-də 6003 nəfər işçi var ki, onlardan da 240 nəfəri müqavilə üzrə işləyənlərdir. Emin Əfəndiyev fəaliyyətini davam etdirərsə, yaxın 1-2 ildə “Azərpoçt”-da peşəkar rabitəçi qoymayacaq”.

Eyni zamanda, Emin Əfəndiyevin ətrafına yığdığı kadrların maaşının 850-2500 manat arası dəyişdiyi halda, poçt işçisinin maaşının 184 manatdan o yana keçmədiyi qeyd edilir: “Bunda da məqsəd peşəkar rabitəçiləri könüllü şəkildə öz işindən getməyə məcbur etməkdir. Hər gün onlarla rabitəçi işini itirir və onların çoxu imkansız, kasıb ailə başçılarıdır. Hörmətli Baş direktorun və buna səbəb olanların, görəsən, bu qədər insanı işdən çıxarıb çölə atanda vicdanları sızıldamırmı? Harada işləsin bu insanlar? Heç düşündünüzmü ki, ehtiyac içində boğulmağa məhkum etdiyiniz bu insanlar evdə uşaqlarının üzünə necə baxacaqlar? Ailələrinı hətta yavan çörəklə təmin edə bilməkdə çətinlik çəkən bu adamlar nə etsinlər? Uşaqlarının ehtiyaclaını necə ödəsinlər? Təəssüflər olsun ki, “Azərpoçt” MMC-nin rəhbərliyini bu suallar ümumiyyətlə maraqlandırmır.

Halbuki, bir daha qeud edirik, ölkə Prezidenti aparılan islahatlar zamanı işçilərin ixtisar olunmasının yolverilməz olduğunu bildirib. Lakin buna baxmayaraq, paytaxtda fəaliyyət göstərən poçt filiallarında qeyri-qanuni ixtisarların aparılması hələ davam edir. Baş direktor qurumda apardığı “islahatlar” zamanı ölkə qanunlarını pozmaqla yanaşı, Cənab Prezidentin fərman və tapşırıqlarına da əməl etmir…”

Aparılan bu “islahatların” nəticəsinda isə “Azərpoçt” tərəfindən göstərilən xidmətlərin keyfiyyəti aşağı düşüb, vətəndaşların şikayət və narazılıqları artıb. Bunun da əsas səbəbi poçt filiallarının ləğvidir: “Emin Əfəndiyevin rəhbərliyilə “Azərpoçt” MMC-nin poçt filiallarında müxtəlif struktur bölmələri və ştatlar ləğv edildi. May ayından etibarən, Bakı şəhəri üzrə fəaliyyət göstərən poçt filiallarının ləğvi istiqamətində aparılan fəaliyyətlər filialların fəaliyətinə son qoydu. Xatırladaq ki, Bakı şəhəri üzrə “Azərpoçt” MMC-nin 6 poçt filialı var və həmin filialların nəzdində isə 154 poçt şöbəsi xidmət göstərir. 2018-ci ilin iyun ayına qədər poçtlardakı xidmətlərin keyfiyyət və kəmiyyətinə, illik proqnoz tapşırıqlarına əməl edilməsinə, mənfəətinin ödənilməsinə, şöbələrin mal-materiallarla təmin olunmasına, xəzinə vəsaitlərindən səmərəli istifadə olunmasına, poçt əməliyyatlarına, inkasatorların gün ərzində şöbələrdə yığılan vəsaitləri daşınmasına nəzarət poçt filialları tərəfindən həyata keçirilirdi.

E.Əfəndiyevin apardığı struktur dəyişiklikləri nəticəsində əsasən “Azərpoçt” MMC-nin 1,2,3,4,5 və 6 saylı Poçt Filialları ləğv edildi, onun maddi-texniki bazası əsasında Bakı Poçt Filialı yaradıldı. Bakı Poçt Filialı yaxın günlərdə 3 saylı poçt filialının inzibati binasında fəaliyyətə başlayacaq. Xüsusi qeyd etmək istəyirəm ki, aparılan ilk ştatların ləğvi prosesindən sonra, yəni 2018-ci ilin avqust ayından filialların fəaliyyətində iş həcminin artması müşahidə olundu. Onu da qeyd edim ki, strukturu 27 ştatdan ibarət olan Bakı Poçt Filialı bu işin öhdəsindən gələ bilməyəcək. Çünki paytaxtdakı poçt filiallarının hər birinin strukturunda 30-dan çox işçi çalışırdı. Paytaxtdakı 6 filial 154 poçt şöbəsinə xidmət göstərirdi. Bu qədər insanın gördüyü işi 30 nəfərin görməsi qeyri-mümkündür. Bu səbəbdən də Bakı Poçt Filialının yaradılması məqsədəuyğun hesab olunmur”.

Rabitəçilərin fikrincə, ümumiyyətlə “Azərpoçt”da son bir ildə gedən struktur dəyişiklikləri və islahatların, verilən əmrlərin, xarici təşkilatlarla bağlanılan müqavilələrin, həyata keçirilən layihələrin heç biri qurumun fəaliyyətinə müsbət təsirini göstərməyib: “Əksinə, qurumun vəziyyəti daha da ağırlaşıb. Bir ilə yaxındır ki, göstərilən xidmətlərin icrası “Azərpoçt” MMC-nin struktur bölmələri tərəfindən həyata keçirilir. İş yükünün çoxluğu göstərilən xidmətlərin keyfiyyətini və kəmiyyətini aşağı salıb, vətəndaşların narazılığı artıb.”

Rabitəçilərin işdən çıxarılması zamanı da qanunlar kobud şəkildə pozulur: “Belə ki, Baş direktor Poçt Filialının struktur şöbələrində çalışan işçilərin Əmək müqaviləsinə xitam verilməsi haqqında əmr verir. Bu zaman əvvəllər ştatın ixtisarı əsas göstərilirdi. Ancaq işcilər başqa bir işlə təmin edilmədən bu cür əmrlərin verilməsi qanunsuzdur. Buna görə də, daha sonra ixtisarları qeyri-rəsmi həyata keçirməyə davam etdilər. Bu dəfə işçilər, guya, islahatlar zamanı yeni funksional strukturlar yaradıldığında başqa işə keçiriləcəyi adı altında işdən çıxarıldılar. Bu proses “Azərpoçt”da Baş direktorun qeyri-rəsmi yaratdığı komissiya üzvləri tərəfindən həyata keçirildi. Sədri İltifat Ağayev olan komissiya, nazirliyin nümayəndəsinin iştirakı ilə Baş direktorun göstərişlərini icra edirdi. Komissiya tərəfindən Bakı şəhəri üzrə fəaliyyət göstərən poçt filiallarının struktur şöbələrində çalışan yüksək vəzifəli təcrübəli, əməkdar, peşəkar rabitəçilərə və mütəxəssislərə poçtlarda və PDM-də çeşidləyiçi, poçtalyon, nadir hallarda əməliyyatçı vəzifələri təklif edilirdi.

Həmin təkliflə razılaşmayanlara isə “başqa iş yoxdur” cavabı verilərək, istəmirsənsə işdən çıxarırıq deyirdilər. Onların qanunsuz təklifilə razılaşmayan işçilərə ərizə yazıb öz xahişləri lə işdən çıxmaları tələb edilirdi. Ərizə yazmayanlara qarşı isə qarayaxma kampaniyası aparılır, onları şərləyərək, böhtanlar ataraq işdən çıxarırdılar”.

Məktubda qeyd edilir ki, hətta komissiyanın təklifilə razılaşanlar da sonradan başqa metodlarla işdən çıxarıldılar: “Belə ki, razılığa gələnlər əsasən Baş direktorun “şərləmə makinasını” görüb gözü qorxanlar və ailə vəziyyətinin ağır ehtiyac içində olmasına görə işsiz qala bilməyən çarəsizlərdir. Ancaq onları da işdən çıxarmaq ücün müxtəlif maxinasiyalardan istifadə edildi. Belə ki, razılaşan işçilərə başqa işə keçirilmələrinə görə yeni ərizələr yazmalı olduqlarını bildirir, onlarla 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanılırdı. Uzun illər “Azərpoçt”da çalışan rabitəçilər və mütəxəssislər bu yolla aldadılıb. Belə ki, 3 ay müddəti tamam olduqda onların müqaviləsinə xitam verilib və Baş direktor tərəfindən işdən azad ediliblər…

Xatırladaq ki, bu ilin yanvar ayına qədər “Azərpoçt”da işçi ilə bağlanılan müddətli əmək müqavilələri 1 illik bağlanılırdı. Hazırda isə bu müddət məqsədli şəkildə 3 aya dəyişdirilib. Onu da vurğulayım ki, yeni əmək müqaviləsi bağlananların çox hissəsini qurumda 5 ildən yuxarı işləyən işçilər təşkil edir. Halbuki, müddətsiz əmək müqaviləsi isə hər iki tərəfin (işəgötürənin və işçinin) razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəzlənə bilməz. Ancaq bunlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, yəni qanunun maddələrini pozurlar”.

Rabitəçilər bildirirlər ki, “Azərpoçt” rəhbərliyi digər dövlət qurumunun əməkdaşları ilə razılığa gələrək, əmək müqaviləsinin bildirişi ilə bağlı “Elektron Hökumət” portalında da qanunsuz işlər görüb: “Belə ki, işçi ilə bağlanılan müddətsiz əmək müqavilələrini silərək, işçinin razılığı, hətta məlumatı belə olmadan, birtərəfli qaydada, qanunsuz yollarla müddətli əmək müqaviləsi ilə əvəz ediblər. Hazırda isə bu qanunsuzluq aşkara çıxdığı üçün, yenidən qurumun əməkdaşları ilə razılığa gəlib onları bərpa etməyə çalışırlar. Bu səbəbdən də bir neçə gündən çoxdur ki, portalın xidməti dayandırılıb”.

Rabitəçilərin yazdıqları ilə bağlı “Azərpoçt” MMC-nin rəhbərliyinin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bir daha qeyd edirik.

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar