Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Böyük yeddilər” görüşdü - Nələr çözüldü?...

Natiq Cəfərli: “Məsələlərin müzakirəsi və qərarların əldə olunması ilə bağlı heç bir irəliləyiş əldə olunmadı. Buna görə də demək olar ki, G7 sammiti nəticəsiz başa çatdı”

“G7 sammitində dünya ticarəti ilə bağlı heç bir anlaşma olmadı. Əksinə vəziyyətin daha da gərginləşməsinin şahidi oluruq. Bu məsələdə heç bir ölkə güzəştə getmək istəmir”.

Xəbər verdiyimiz kimi Fransanın Biarritz şəhərində G7 sammitinin rəsmi açılışı olub. Sammit Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderlərinin işgüzar şam yeməyi ilə başlayıb. İşgüzar şam yeməyindən əvvəl Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp, Almaniyanın federal kansleri Angela Merkel və Yaponiyanın Baş Naziri Sindzo Abe ilə görüşlər keçirib. Bundan başqa, G7 qrupuna daxil olan Avropa ölkələrinin liderlərinin birgə görüşü də təşkil edilib.

Sammitdə beynəlxalq böhranların nizama salınması, ticarət mübahisələri üzrə gərginliyin azaldılması və Amazon meşələrində yanğınla bağlı vəziyyət müzakirə olunur. Liderlərin zirvə görüşünün əsas mövzusu isə müxtəlif ayrı-seçkilik və qeyri-bərabərlik təzahürlərinə qarşı mübarizə birgə tədbirlərin razılaşdırılması olacaq. Sammitdə ən çox diqqət çəkən məsələ isə Rusiyanın yenidən kluba qatılması və G8 formatının bərpa olunması olub. Tramp və İtaliyanın baş naziri Konde Rusiyanın kluba qayıtmasına isti baxsalar da digər üzvlər bu Trampın bu təklifini qəbul etməyiblər. Almaniya kansleru Angela MerkelBritaniyanın baş naziri Boris Conson Ukrayna problemi həll olunmadan Rusiyanın kluba qatılmasını imkansız hesab ediblər. Avropa Şurasının rəhbəri Donald Tusk isə bildirib ki, qrup heç bir halda ABŞ prezidentinin Rusiyanı G-7-ə geri gətirmək təklini qəbul etməyəcək.

Qeyd edək ki, sammitdən əvvəl ABŞ prezidenti Donald Tramp yenidən Rusiyanın iştirakı ilə G8-in bərpa olunması təklifi ilə çıxış edib.

Sammitin ilk rəsmi tədbirində Avropa Şurasının rəhbəri Donald Tusk da iştirak edib. Xatırladaq ki, Avropa Şurasının prezidenti Donald Tusk Fransada Böyük Yeddilik (G7) sammitindən öncə çıxış edərkən deyib ki, ötən il “bizim ortaq dil tapmağımız çətin olub”.

Dünyanın ən böyük iqtisadiyyatlarından ibarət G-7 ittifaqı ortaq dil tapmaqda çətinlik çəksə də, Tusk şənbə günü üzvlərin üzləşdiyi problemləri asanlıqla izah edib.

D.Tusk həmçinin deyib ki, blok Britaniya ilə razılıqsız “Brexit” üzərində əməkdaşlıq etməyəcək: “Biz operativ, realistik və bütün Aİ üzvlərininin qəbul edəcəyi ideyaları dinləməyə hazırıq”. O, G-7 qrupuna xəbərdarlıq edib ki, ticarət müharibələri onlar arasında “inamın azalmasına” gətirib çıxaracaq.

Sammitin ən gözlənilməz hadisəsi isə İran Xarici İşlər nzairi Cavar Zərifin Fransanın dəvəti ilə sammitə qatılması olub. İran tərəfi ABŞ nümayəndələri ilə görüşü istisna ediblər.

Natiq Cəfərli: “Ukrayna ilə bağlı ciddi irəliləyiş əldə olunsa, o cümlədən Suriya məsələsində müəyyən uzlaşma, həmçinin Venesuella ilə bağlı nisbi də olsa razılaşma əldə olunsa, Rusiyanın G8 formatına geri dönməsi mümkündür”.

G7 sammiti və onun nəticələri ilə bağlı PİA.az Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib. PİA.az ekspertlə olan müsahibəni təqdim edir:

- Natiq bəy, Fransanın Biarrits şəhərində keçirilən “Böyük yeddilik” ölkələrinin liderlərinin sammiti barədə nə deyə bilərsiniz. Sizin fikrinizcə bu sammit dünyada gedən prosseslərə necə təsir edə bilər? Mənfi yoxsa müsbət?

- Əslində G7 sammitində ciddi problemlərin həll olunduğunu söyləmək mümkün deyil. Bir neçə vacib problemlər var idi ki, onlar G7 sammitindəndə öz həllini gözləyirdi. Bu problemlər dünyada ticarət müharibələrinin dayandırılması və daha liberal ticarət qaydalarına keçidlə, İranla, Rusiya ilə bağlı idi. Bu məsələlərin müzakirəsi və qərarların əldə olunması ilə bağlı heç bir irəliləyiş əldə olunmadı.

Gələcəkdə bu dioloqun davam etməsi ilə bağlı müəyyən addımlar atıldı. Amma fundamental məsələlərin həlli qaldı. Düşünürəm ki, yaxın zamanda həmin fundamental məsələlərin həlli ilə bağlı ciddi hər hansı bir irəliləyişin əldə olunması o qədər də asan məsələ kimi görünmür. Çünki problemlər o qədər dərin və təzadlar o qədər çoxdur ki, bu məsələlərin uzlaşması çətindir.

Məsələn İranla bağlı ABŞ-ın tamam başqa, Avropanın tamam başqa öz mövqeyi var. Həmçinin Rusiya ilə bağlı da mövqelər müxtəlifdir. Rusiyanın G7 ölkələrinə dönməsi məsələsi müzakirə olunmalı idi, amma bu da təxirə düşdü.

Natiq Cəfərli: “Yaxın zamanda fundamental məsələlərin həlli ilə bağlı ciddi hər hansı bir irəliləyişin əldə olunması o qədər də asan məsələ kimi görünmür”.

Bir çox məsələlər ilə bağlı həddindən artıq kəskin mövqelər var. Bu kəskin mövqelərin yaxınlaşması yaxın zamanlarda o qədər də asan görünmür. Buna görə də demək olar ki, G7 sammiti nəticəsiz başa çatdı.

- G7 sammitinin əsas müzakirə obyektlərindən biri də Rusiyanın yenidən bu təşkilata qayıtması oldu. Məsələyə hazırkı beynəlxalq siyasi və iqtisadi reallıqlardan yanaşarsaq, G8 formatının bərpası nə qədər məntiqli və mümkün görünür?

- Bu əslində Rusiyanın atacağı addımlardan daha çox asılı olacaq. Çünki təklif var və təklif varsa, bu boş-boşuna səslənmir. Deməli danışıqlar gedir və çox güman ki, bizim bilmədiyimiz gizli danışıqlar da gedir. Ukrayna ilə bağlı ciddi irəliləyiş əldə olunsa, o cümlədən Suriya məsələsində müəyyən uzlaşma , həmçinin Venesuella ilə bağlı nisbi də olsa razılaşma əldə olunsa, Rusiyanın G8 formatına geri dönməsi mümkündür.

Natiq Cəfərli: “G7 sammitində dünya ticarət savaşı ilə bağlı heç bir anlaşma olmadı. Əksinə vəziyyətin daha da gərginləşməsinin şahidi oluruq”.

Bildiyimiz kimi növbəti sammit bir il sonraya təsadüf edir. Bu bir il ərzində isə G20 sammiti də gözlənilir. Rusiya G20-lər formatında var. Ola bilər ki, bu sammitə qədər Ukrayna məsələsində ciddi irəliləyiş əldə olunsun. G20 formatındakı danışıqlardan sonra isə artıq Rusiyanın növbəti görüşə dəvətə ilə bağlı ümumi ortaq məxrəcə gəlinə bilər.

- Natiq bəy, sammitdən əvvəl Tramın verdiyi açıqlamalar və atdığı "tvit"lər onu göstərdi ki, ABŞ Çinlə və həmçinin bütün dünya ilə ticarət savaşını daha da genişləndirməyə hazırlaşır. Dünyanın aparıcı sənaye ölkələrinin klubu olan G7 sammitinin son toplantısının dünya ticarət savaşına hansı təsirləri ola bilər?

- G7 sammitində dünya ticarət savaşı ilə bağlı heç bir anlaşma olmadı. Əksinə vəziyyətin daha da gərginləşməsinin şahidi oluruq. Bu məsələdə heç bir ölkə güzəştə getmək istəmir. Güzəştin olmaması da məsələnin daha da dərinləşməsinə səbəb olur. Bu isə dünya ticarətinin zəifləməsinə, dünyada iqtisadi aktivliyin aşağı düşməsinə, həmçinin dünyada ümumdaxili məhsulun da azalmasına səbəb olan əsas amillərdən birinə çevrilir. Bu da çox ciddi problemdir.

Düşünürəm ki, hələ bir müddət ticarət savaşları dünyanı sirkələməkdə davam edəcək.

- Avropa Birliyi ilə ABŞ arasında gedən ticarət savaşı, o cümlədən Kanada və Yaponiyanın ABŞ-la iqtisadi münasibətləri haqqında nə demək mümkündür?

- Çox güman ki, bu ilin sonuna qədər Yaponiya ilə anlaşma olacaq. Çünki yapon məhsullarını ABŞ bazarında əvəz edəcək məhsul növləri yoxdur. Amma Avropa Birliyi ilə məsələlər uzanır. Çünki Böyük Britaniyanın Avropa Birliyindən çıxması Britaniya ilə ABŞ arasında ayrıca sazişin olmasına səbəb olacaq. Bu sazişlə bağlı da iş gedir. Çox güman ki, bu ilin sonuna qədər bu saziş imzalanacaq.

Onu da qeyd edim ki, Avropa Birliyi ABŞ-a bəzi sənədlər irəli sürüb. Əsasən də Avropa Birliyi metal ixracatına qoyulan rüsumların aradan qaldırılması ilə müəyyən təkliflər irəli sürüb. Amma görünür ki, ABŞ bu yolda heç bir addım atmaq istəmir. Buna görə də Avropa Birliyi ilə ABŞ arasında savaşın bir müddət uzanması gözlənilir.

Natiq Cəfərli: “Avropa Birliyi ilə ABŞ arasında savaşın bir müddət uzanması gözlənilir”.

Kanada ilə olan vəziyyət fərqlidir. Çünki Kanada ilə ABŞ arasında elə sıx bağlantılar var ki, onu dövlətlərarası münasibətlər korlaya da bilməz. Çünki bu illər ərzində ABŞ-la Kanada arasında iqtisadi inteqrasiya həddindən artıq çox sıx gedib. Hətta demək olar ki, Kanada iqtisadiyyatı ABŞ iqtisadiyyatının böyük bir parçasına da çevrilib. Buna görə də orada baş verən hadisələr əslində səxşi zəmində baş verir. Çünki Trampla Kanada baş naziri Castin Tyurdo arasında çox ciddi gərginlik var. Şəxslər arasında gərginliyin olması iki ölkə arasında olan münasibətlərə də ciddi mənfi təsir göstərir.

- Sammitin ən gözlənilməz xəbəri İran Xarici İşlər naziri Cavad Zərifin “Böyük yeddilər”in toplantısına qatılması oldu. Trampın iştirak etdiyi toplantıda İran Xarici İşlər nazirinin qatılması nə anlamına gəlir? İranla bağlı hansısa yeni strategiyanın formalaşması mümkün görünürmü?

- Əslində İran Xarici İşlər nazirinin sammitdə iştirakı Avropa Birliyinin təşəbbüsü olub. Daha dəqiq desək bu Fransanın təşəbbüsü olub və Cavad Zərif sammitə Makronun dəvəti ilə gəlib. Sammitdə Cavad Zəriflə Trampın görüşü nəzərdə tutulmuşdu. Amma görüş təxirə salındı. Görünür ki, anlaşma olmayıb.

Amma ən azından İranla bağlı ciddi danışıqların getdiyini demək mümkündür. İran ilkin addım kimi ABŞ-dan İranın neft ixracatına qoyulan qadağanın götürülməsini istəyib. Çox güman ki, Tramp buna hazır olmadığı üçün görüş baş tutmayıb. Amma iki ölkə arasında dialoqun və danışıqların getdiyi açıq görünür. Çox güman ki, Avropa Birliyinin vasitəsi ilə İranla ABŞ arasında daha dərin danışıqlar yaxın zamanda baş tutacaq. Hətta bu danışıqları mətbuatdan, ictimaiyyətdən gizlin şəkildə belə formalaşdırıb apara bilərlər.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar