Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ məhkəməsi ermənilərin Türkiyəyə qarşı iddialarını rədd edib

ABŞ-da erməni diasporu nümayəndələrinin Türkiyəyə qarşı qaldırdıqları məhkəmə iddiaları onlar üçün uğursuzluqla nəticələnib

Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, erməni əsilli 5 Amerika vətəndaşı, 1915-ci il hadisələri zamanı Osmanlı dövlətini tərk edən ailələrinin "əmlak, o cümlədən torpaq itkisi" üçün Türkiyə hökumətindən, Türkiyə Mərkəzi Bankından və Türkiyənin dövlət bankı Ziraatdan təzminat tələb ediblər.

Qaris Davoyan və Hrayra Turabyanın Kaliforniya Ali Məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə 29 iyul 2010-cu ildə başlayıb.

Eyni məhkəmədə daha bir proses 10 dekabr 2010-cu ildə Aleks Bakalyan, Anais Harutyunyan və Rita Mehdesyanın şikayətləri əsasında start götürüb.

Doqquz illik dinləmə və araşdırmalardan sonra məhkəmə hər iki halda ermənilərin iddialarını təmin etməmək qərarına gəlib.

Xüsusilə ABŞ Federal Kassasiya Məhkəməsi, tarixi hadisələrə dair qərarların yalnız ekspert təhlili əsasında verilə biləcəyi barədə hökm çıxarıb.

Türk banklarının vəkilləri ilə təmsil olunan müdafiə tərəfi isə Amerika məhkəmə orqanlarının bu kimi məsələlərdə qərar vermək hüququna sahib olmadığını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar