Saatlıda yanğın qeydə alınıb
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Məmmədabad kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Pia.az