Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur iş adamı restoranını təcili satışa çıxardı

İş adamı Füzuli Fərəcova məxsus Bakıxanov qəsəbəsində yerləşən məşhur “Mohito” restoranı satışa çıxarılıb

Axar.az xəbər verir ki, iş adamına məxsus restoran və restoranın digər mərtəbələrində yerləşən PUB, Çay evi, Karaoke klub, Avto servisin satışı ilə bağlı elan “Emlak.az” saytında yerləşdirilib.

Ümumi sahəsi 2500 kvadrat metr olan 4 mərtəbəli obyekt sahibi tərəfindən satışa təqdim edilib. Bu günə qədər icarədə olan obyekt hazırda bütün əşyaları ilə birgə satılır.

Obyektin 1-ci mərtəbəsi Avro servis, 2-ci mərtəbəsi “Mohito” restoranı, Çay evi və PUB, 3-cü mərtəbəsi restoran və karaoke klub kimi istifadə edilir. Obyektin 4-cü mərtəbəsi isə ofis kimi istifadə edilib.

Bununla yanaşı, 4-cü mərtəbədə iki mühasibat otağı, namaz otağı, əlavə olaraq bir yataq otağı və yataq otağının daxilində sauna, cakuzi, duş kabina var.

Əmlak sahibi elanda bildirib ki, obyekt təcili olaraq satılır. Əmlak üçün müəyyən edilən satış qiyməti isə 3 milyon manatdır.

Xatırladaq ki, Bakıda fəaliyyət göstərən məşhur “Paradise” klubu, Novxanıdakı “Kalyon” və “Texas” restoranları da hazırda satışa çıxarılan “Mohito” restoranının sahibi iş adamı F.Fərəcovun mülkləri arasındadır.

Yeri gəlmişkən xatırladaq ki, 2017-ci ilin may ayında F.Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcov idarə etdiyi "Porşe” markalı 99 BS 999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub, öldürmüşdü.

pia.az


Etiket: Restoran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar