“Qarabağ” – “Linfild” matçı rusiyalı hakimlərə tapşırıldı
PİA.az komanda.az-a istinadən xəbər verir ki, UEFA bu qarşılaşmanı Rusiyadan olan hakimlər briqadasına tapşırıb.
Bakıda baş tutacaq görüşün baş hakimi Sergey İvanov olacaq. Ona yan xətt hakimləri Roman Usaçovla Valeri Dançenko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Lapoçkin yerinə yetirəcək.
Hakimlərin işinə Lüksemburqdan olan Aleyn Hamer qiymət verəcək. UEFA nümayəndəsi isə sloveniyalı Markoya tapşırılıb.
pia.az