Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Meşələrimiz hər birimizin evidir, xahiş edirik, onu yanğından qoruyun"

ETSN əhaliyə müraciət edib

"Dünyanın bir çox ölkələrində meşə yanğınları tüğyan edir. Planetin 20 faizini oksigenlə təmin edən Amazon meşələri yanır. Qonşu Rusiyada, Gürcüstanda, Türkiyədə də meşə sahələrində yanğınlar var və heç bir ölkə meşə yanğınlarından sığortalanmayıb. Bəzi ölkələrdə yanğınlara görə fövqəladə vəziyyət elan edilib. Lakin şükürlər olsun ki, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə geniş miqyaslı yanğınlar baş verməyib. Amma yenə də bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırırıq”.

Bu fikirləri “Report” açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, meşə yanğınlarının səbəbləri ilə bağlı araşdırmalar göstərir ki, yanğınların böyük əksəriyyəti insanların səhlənkarlığı, bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş veri: “Bununla da dövlətimizin büdcəsinə milyonlarla ziyan dəyir. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində qalmalıdır. Ötən günlərdə Hirkan Milli Parkında və Yardımlı meşələrində baş verən yanğınların qarşısının alınmasında sözün həqiqi mənasında qəhrəmanlıq göstərən, yanğının geniş ərazilərə yayılmasına imkan verməyən hər kəsə, xüsusilə də Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinə - Rza Xudiyevə, Müsəddiq Əsədova, Seymur Qaraşova, Zahid Rəhimova, Emil Kərimova, Rüstəm Quliyevə, Nail Əbilova, Cabir Babaşova, Şahin Cəfərova və Qabil Nemətova, Lənkəran rayonun Təngivan kəndinin, Lerik rayonunun Bobla və Ancəqəv kəndlərinin, Yardımlı rayonunun Bərcan, Ləziz, Çanaqbulaq, Şıxlar, Porsoba, Alaşar, Buravar kəndlərinin, Masallı rayonunun Züvand, Yelağacı kəndlərinin sakinlərinə, nazirliyimizin əməkdaşlarına bütün təbiətsevərlər adından və Nazirliyimiz adından böyük təşəkkürümüzü bildiririk. Onlar 2 gün ərzində isti havada, gecə-gündüz həyatları bahasına alovun qarşısına çıxıb əsil fədəkarlıq göstərərək yanğını söndürdülər, yayılmağa qoymadılar. İnanın, biz yanğın məsələsindən o qədər narahatıq ki, haradasa baş verən yanğın xəbərini böyük bir fəlakət kimi qəbul edirik və istəyirik ki, bu narahatlıq, bu həyəcan bütün vətəndaşlarımızda da olsun. Meşələrimizdə yanğınların baş verməməsi üçün hər kəs diqqət göstərsin və oksigen mənbəyimiz olan meşələri var gücü ilə qorusun”.

Nazirliyin sözçüsü media nümayəndələrinə də minnətdarlığını bildirib: “Media nümayəndələrinə minnətdarıq ki, hər zaman olduğu kimi meşə yanğınlarına xüsusi diqqətlə yanaşır, yanğın təhlükəsizliyi qaydalarının təbliğ olunmasında nümunə göstərir.

İ.İbrahimova əhaliyə müraciət edib: “Biz yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkəcəyik, meşəbərpa tədbirləri aparacağıq və bu işə yaxınlıqda yaşayan sakinləri də cəlb edəcəyik ki, meşələrin yanğından qorunmasında və ümumi mühafizəsində bizimlə birgə olsunlar. Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!”.

Pia.az


Etiket: ETSN meşə yanğın

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar