Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Trampa qarşı süni sui-qəsd: Demokratlar Donaldın izilə gedir?..

Demokrat Mark Sendovelin tərəfdarlarının tərəfindən prezident Trampa qarşı saxta sui-qəsd şəkillərinin ortaya çıxmasından sonra 2020-ci ildə Demokratların mavi səslərinin Respublikaçıların qırmızı səsləri qarşısındaa üstünlük qazanması çox çətin olacaq...

Keleb M. MORRİSON
“The Independent” qəzeti, ABŞ, 22 avqust 2019-cu il

2020-ci il ABŞ prezident seçkilərinə hazırlıq ağır rəqabət şəklində davam edərkən Demokrat Partiyası bir kampaniyada Donald Trampın kuklasına qarşı sui-qəsd edilən video təqdim edib.

Həftə sonu ərzində İllinois senatoru Mark Sendovel üçün düzənlənən kampaniyada seçicilərin Donald Tramp maskası taxmış bir şəxsi öldürməsi ilə bağlı foto şəkillər ortaya çıxıb.

Bir mühafizəkar olaraq artiyama çox ciddi şəkildə zərər verdiyi üçün Trampla görülməli olan bir hesabımız var və Trampın nifrət aşılayan nitqləri məni digər partiyalardan olan dostlarla daha da yaxınlaşdırır.

Yenə də Demokratların Sendovelin kampaniyasında gördüyümüz saxta şiddət şousu bir Demokratın qalib gəlməsini daha da çətinləşdirəcək. Bu cür hadisələr Demokrat namizədi ilə Tramp arasındakı fərqi ortadan qaldırır.

El Paso və Deytondakı qorxunc hücumların üstündən hələ 1 ay keçməyib. Demokratlar hər nə qədər Trampa nifrət etsələr də, onun replikasına tapança doğrultmaq silah islahatı kimi məsələlərdə olan milli müzakirələrimizə də xələl gətirə bilər.

Məlumdur ki, bir kampaniya Demokrat Partiyasının bütün düşüncələrini əks etdirə bilməz. Çünki Sendovel bu video görüntlərə görə üzr istəyib. Yenə də mənə elə gəlir ki, bu həftə sonu baş verənlər Amerikadakı daha dərin bir problemlə - Trampdan da əvvəl mövcud olan problemlə - bağlıdır.

Amerikalıların hökumət qurumlarına qarşı olan inamı bu günə qədərki ən aşağı səviyyəyə düşüb. Amerikalıların 85%-i düşünür ki, milli siyasi dialoqumuz əvvəlki qədər keyfiyyətli, real və səviyyəli deyil. Əksəriyyət Trampın milli dialoqumuzu daha da pisləşdirdiyini düşünür. Tramp vəzifəsinə başlayandan bəri siyasi müzakirələri daha stresli hesab edən vətəndaşların sayı 10% artıb. Ən mötəbər qurumlara - məsələn, Ali Məhkəməyə - olan güvənimiz də get-gedə azalır.

Siyasətçilərimiz get-gedə “qazanan hər şeyi alar”, təfəkkürünü mənimsəyirlər. Bu vəziyyət Trampla başlamayıb, amma ABŞ-da digər partiyanın qanunla bağlı təkliflərinə, namizədlərə və fəaliyyətlərə tamamilə müxalif olmaq artıq norma halına gəlib. Onsuz da neçə vaxtdır ki, partiyaların fəaliyyətinə olan nəzarət hakim partiyadan asılı vəziyyətdədir. Amma əsas maraq doğuran məsələ budur ki, Respublikaçıların təxminən yarısı düşünür ki, əgər Konqres və ya ədliyyə sistemi bu qədər problem qaynağı olmasaydı, prezident administrasiyası daha effektiv şəkildə işləyərdi.

Bu keşməkeşi hansı əsaslarla düzəldə bilərik? Məncə, bu problemi dəf etmək üçün Amerika demokratiyasındakı boşluğu bütün partiyalar birlikdə doldurmalıdırlar. Senat Sendovelin kampaniyası yerli partiyaların fəaliyyətlərinin siyasi quruluşumuza mədəni cəhətdən necə təsir etdiyini açıq şəkildə göstərir. Yerli partiyalar birlikdə tədbirlər keçirməli, birlikdə festivallarda əylənməli, öz namizədlərinin iclaslarında iştirak edib, digər partiyanın namizədlərinə də qapılarını açmalıdır.

Seçkilərdə iştirak edənlərin sayı hər nə qədər problemli məsələ olsa da, burada yenidən üstündən keçmək lazımdır. ABŞ seçkilərində iştirak edən seçicilərin sayı digər inkişaf etmiş ölkələrə nisbətdə aşağıdır. Yenə də qeyd etmək lazımdır ki, 2018-ci ildəki aralıq seçkilərində iştirak etmiş seçicilərin sayı son 100 ilin ən yüksək həddinə çatmışdı. Hələ ki, bunun səbəbi tam aydın deyil. Önəmli olan budur ki, insanların siyasətə və siyasətçilərə qarşı keçən həftəki kimi mənasız şiddət şousu göstərməsindənsə, səsverməyə getməsi daha yaxşıdır.

Cimmi Karterdən bu yana Trampın bütün ABŞ prezidentlərindən daha az səs topladığı bir dönəmdə Demokrat Partiyasını ulduza çevirmək daha asan idi. Prezident namizədləri bu həftə sonu baş verən hadisələri qınasa, yaxşı olardı. Yeni prezidenti gözləyən əxlaqi məsuliyyətləri, əslində, çox sadədir: Co Bayden kimi bir Demokratın mühafizəkarlar gözündəki cazibəsinin səbəbi budur ki, o, hər zaman işlərin normala dönməsi barədə danışır. Amma təkcə nifrət və qəzəb bəsləməyən bir prezident istəmək az olar.

Dəyişiklik təşkilatlanmalardan və səsvermə kabinələrindən başlaya bilər. Gördüyümüz kimi, peşmanlığınızı “düşmənin” üstünə tökmək əks-təsir yarada bilər. Bununla yanaşı, yenidən mədəniyyətin inkişaf etdiyi bir Amerika yaratmaq üçün sivil qurumlara qoşulmaq və öz partiyalarımızdakı siyasi gərginliyi azaltmaq lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar