Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Modern rus çarı Böyük Vladimir: Putinlə 20 ildə Rusiya və dünya necə dəyişdi…

Putin hakimiyyətini həm tanıdan, həm də zorlayan qalmaqallar, savaşlar və böhranlarla dolu 20 il…

Oliver Carroll
“The Independent” qəzeti, ABŞ

Vladimir Putin, Uinston Çörçilldən sonra müzakirəsiz dünyanın ən böyük lideridir. Bu, başlanğıcda heç bir siyasi ambisiyası olmayan adam üçün əsaslı bir ifadədir. Çılğın və çarəsiz Boris Yelçin gücü və ailəsini qarantiya altına almasa idi, Rusiya tarixi yəqin ki, fərqli şəkildə inkişaf edəcəkdi.

19 Avqust 1999-da baş nazir olduğu dönəmdə Putin, siyasi arenada heç bir şey kəsb etmirdi. Bir çox insan, Putinin qısa zaman ərəfəsində sələfi Yelçinin ümidlərinin yıxıldığı yoldan gedəcəyini düşünürdü. Yelçin böhran dönəmi zamanı kreslosunu itirmişdi. Şimali Qafqazda yaşanan vətəndaş müharibəsi və Rusiyadan ayrılmaqla təhdid edən digər bölgələrin yaratdığı xaos daha böyük böhran üçün zəmin hazırlayırdı.

Amma 20 il sonra bu gün, Putin hələ də kreslosunu tərk etməyib.

“Məndən başqa ilahiniz olmayacaq”

46 yaşında Yelçinin məqamında əyləşən Putin, Rusiyanın siyasi sistemini tamamilə yenilədi. Bu zaman ərəfəsində inkar edilməyəcək trend isə durmadan artan avtoritarlıq oldu.

Putin ilk illərinin böyük qismini icra səlahiyyətlilərini və bölgələri vahid idarəetmə sisteminə bağlı hala gətirən iqtidar yaradaraq keçirdi. Bu, ölkə iqtisadiyyatı üzərindəki dövlət nəzarətini 2 dəfə gücləndirən və KQB-ni yenidən rus yaşamının mərkəzinə gətirən Sovet konstitusiyasını qismən geri gətirdi.

Bu zaman iki fərqli idealogiya mərhələsi yaşandı.

İlk mərhələ qərbyönlü populizm idi: “NATO”ya qarşı aqnostik, ABŞ-ın lehində və ölkə daxilində sərbəst bazar reformizmi idi. Bu mərhələ 2007-ci il ərəfəsində sona çatdı.

Sonrasında isə “suverənlik” fikirləri hakim olmağa başladı. İlk olaraq, Putinin köməkçisi Vladislav Surkov tərəfindən ortaya atılan “suverən demokratiya” konsepsiyası gündəmə gəldi.

Bu, Rusiyanın Qərb radarından çıxmağa başlamasının ilk siqnalı idi. Bunu, 2007-ci ildə “Münhen Təhlükəsizlik Konfransı” zamanı etdiyi sərt çıxış izlədi. 2014-də Krım problemi və Ukrayna müharibəsi başladı. Bu isə “təcrid olunma siyasəti və müstəqil iqtisadiyyat” kimi fikirləri ortaya çıxartdı.

Putin iqtidarının ilk 12 ilində Kremldə siyasi məsləhətçi vəzifəsində olan Qleb Pavlovski “20 ildə Amerika; Klinton, Buş, Obama və Trump idarəetməsini gördü. Bu şəxslərin hamısı fərqli siyasi görüşə sahib idilər”, deyir.

İnsanlar, “Tək prezidentiniz varsa tək siyasətiniz var” - deyə düşünür. Bu doğru deyil. Putinin ilk dönəmi ilə indiki arasında ortaq nöqtə tapa bilməzsiniz.

“Hər hansı canlıya bənzər büt yaratmayacaqsan”

Putinin Rusiyanı dəyişdirdiyi kimi, Rusiya da Putini dəyişdi.

Ən başda Putin ekran qarşısına çıxmağa hazır deyildi və komandası onun imici ilə bağlı narahat idi. Putin daha öncə aktiv siyasətdə olmamışdı və hər zaman diqqət mərkəzində olna tanınmışlığa vərdiş etməmişdi. Bir müddət hətta üzərinə oturan kostyum tapmaqda belə çətinlik çəkirdi.

“Nə vaxt əyləşsə pencəyinin arxası qalxırdı”, deyir, Pavlovski.

Köhnə kəşfiyyatçının, arxa plandan önə çıxması illər aldı. Bugünkü Putin isə artıq kult mövzusudur. Üzərində dəbdəbəli liderin şəkli olan köynəklər, stəkanlar, bıçaqlar, təqvimlər və s. var. “Enerjik qəhrəman”, “Vətənin qoruyucusu” onun ləqəblərindən bir neçəsidir.

2018-ci ildə Rusiyada keçən Futbol üzrə Dünya Çempionatının azarkeşləri Putinin güclü imici və populyarlığı zərbə alsa da sağlam qaldı.

2005-ci ildə sosial yardımların azalması, 2011-də saxta parlament seçkilərindən sonra 10 nəfərdən 9-nun narazı olduğu suverenlik reformu Putinin “demokrat” imicinə böyük zərbə vurdu. Buna baxmayaraq, Putin hələ də Rusiyanın ən popular siyasətçisi hesab olunur. Ölkənin yalnız 20% əhalisi rejimə qarşı qatı neqativ görüşə sahibdir.

Lev Qudkovun dediklərinə görə, bu kimi rəqəmlər Putinə sevgi əks etdirmir. Ruslar Putini dəyərləndirərkən “ayıq” olduğunu deyirlər. Onun oliqarxların, ordunun və təhlükəsizlik xidmətinin çıxarlarını təmsil etdiyini və istənilən müxalifəti aradan çıxartmaq istədiyini düşünürlər.

“Tanrının adını boş yerə çəkməməlisən”

Vladimir Putin iqtidara gələndə liberal demokratiya üçün məhdu potensialı var idi. Sovetdən sonraki 10 il bəzi ruslara inanılmaz fürsətlər tanıdı. Ancaq əksəriyyət üçün bu, bərbad həyat mübarizəsi idi.

İlk olaraq, Boris Yelçinin ortaya qoyduğu təməllər azadlıqdan çox uzaqda idi. İdarəetmə gücünü yenidən təhlükəsizlik xidmətinə verdi və gizli kəşfiyyatın lideri Vladimir Putini baş nazir vəzifəsinə gətirdi.

Köhnə agent ədaləti və vətəndaş cəmiyyətini mərhəmətsiz şəkildə ələ keçirmə hədəfinə belə başladı. 2000-ci illərin ortasında nümayiş yürüşləri təşkil etməzdən əvvəl, səlahiyyətli orqanlardan icazə almaq qanunu gətirildi.

Məhdudiyətlər artıq absurd nöqtəyə gəlmişdi. Ruslar, “Facebook”da paylaşım etdikləri üçün vətəndaşlar azadlıqdan mərhum edildi. 2018-ci ildə bir işsiz vətəndaş Putinə sosial şəbəkə üzərindən təhqir etməsindən sonra cəzalandırıldı. Bu, səlahiyyətlilərə onlayn mühitdə nalayiq sözlərdən istifadə etməyə qadağa qoyan qanunun ilk tətbiqi idi.

Buna baxmayaraq, Putinin müxaliflər üzərindəki təzyiqi çox az müqavimətlə qarşılaşdı. 90-lar qarışıqlığından sonra sistem güclü əl və sabitlik istəyirdi. Əksəriyyət soyuducularının dolmağı qarşılığında olanlara dözməyə razı idi.

Neftin qiymətlərindəki yüksəliş nəticəsində Putin, bazarda maraqlarını qorumağı bacardı. Beləliklə də, onun ikinci dönəmi Rusiyanın ən müvəffəqiyyətli liderləri sırasına girmək iddiası ilə sonra çatdı. Hakimiyyətə qarşı son etirazlar da sərt şəkildə yatırdıldı.

“Şabahkı gününü ağlında tut”

Ölkənin böyük hissəsini arxasına aldığı dönəmdə Putin, konstitusiya dəyişdirmək və prezident olaraq qalmaq istəsəydi çox az müxalifətlə qarşılaşacaqdı. Ancaq xələf təcrübəsi üzərində qərar aldı. 2008-ci ildən etibarən Putin baş nazir, Dmitri Medvedev isə, prezident oldu.

Konstantin Qaze, keçiş dönəmində Kənd Təsərrüfatı naziri məsləhətçilərindən biri idi. O, hökümətin “nəhəng proyekt”i belə xatırlayır: “Prezindentlik səlahiyyəti ilk dəfə ölüm və ya böhran olmadan təhvil verildi. Bu gözəl, güclü və demokratik zəfərdir”.

Nəticədə isə, Medvedev dönəmi ölü demokratiyanı gətirdi. Prezident dəyişdiyi andan etibarən kriz başladı. İqtisadi qeyri-sabitlik sürətli şəkildə siyasətə sıçradı və böyüş nümayişlərə səbəb oldu. Elit kəsimin bir qisminin Medvedevin tərəfinə keçdiyini görən Putin, qorxdu və hakimiyyəti təhvil vermək qərarından peşman olmağa başladı.

2010-da Putinin yenidən iqtidar üçün mübarizəyə başladığı açıq şəkildə ortada idi. 2012-ci ildə prezidentliyə qayıdışı onun fərdi qalibiyyəti idi və artıq hakimiyyəti verməyin təhlükələri mövzusunda təcrübəli idi. Sonrakı illərdə isə, Medvedevin qüvvəyə mindirdiyi hər şeyi tərsinə çevirilirdi.

“Atana ve anana hörmət et”

Prezident Medvedev Rusiyanın liberal elitaları və yaradıcı sinifləri ilə əlaqələr yaratmağa çalışmışdı. Bir dönəm “Twitter”lə maraqlanırdı və hətta müxalif televiziya kanalı olan “DojdHD TV”yə qonaq oldu.

Putin geri döndükdən sonra daxili siyasət tamamilə digər yönə çevirildi. Putin özünün demokratik olaraq gördüyü kütlə ilə yeni əlaqələrə girməyə çalışdı. Elə bu zaman ərəfəsində Rus xalqının ruhani təməllərinə, ailə dəyərlərinə və Krıma tərəf yönələn bir yurdsevər dalğaya rast gəlməyə başladıq.

2011 sonlarından etibarən Putin, Rusiyanın əxlaq qanadında rol almağa başladı. Sağlam həyat dəbi yaratdı və onlayn pornoya qadağa gətirdi. 2013-də rejim Rusiyanın “28-ci Maddə”sini yaratdı. Bu yeni qanun, həddi-buluğa çatmayanlar arasında ənənəvi olmayan əlaqələrin təbliğatına qarşı gətirilmişdi. Nəticələr təəccübləndirici deyildi: Çeçenistanda eynicinsli kişilərə işgəncələr edildi və hadisələr zamanı ən azı 3 nəfər öldürüldü.

Yeni mühafizəkar razılaşmanın mərkəzində Ortodoks kilsəsi dayanarkən, Patriarx Kiril də Putini “Tanrının möcüzəsi” olaraq adlandırırdı.

2012-ci ilin mart ayında 4 feministdən ibarət olan bir qrup, Moskvadakı Xilaskar İsa Katedralında protest məqsədli aksiya keçirir. Kremlin buna cavabı onları həbs edib sürgünə yollamaq oldu.

Həbs olunan “P**sy Riot” üzvlənrindən Mariya Alyoxina, “Putin kilsəni yıxan, rahibləri öldürən və mömünləri düşərgələrdə ölümə göndərən KQB agentidir”, deyir.

Putin düşmənlərini izləmək üçün sofistik üsullardan istifadə edir. 2006-cı ilin Noyabr ayında Aleksandr Litvinenko cinayəti, Putinin prezidentliyinin dönüm nöqtəsi idi. Sabiq rus agentinin bilinən ən radioaktiv izotoplardan olan Polonium-210 vasitəsilə zəhərləndi və onun qorxunc ölümü Londonda xəstə yatdığı xəstəxanadan bütün dünya mediyasında sensasiyaya səbəb oldu.

Xaricdə sui-qəsd yeni bir hadisə deyildi. İki il əvvəl də üsyançı Çeçen lider Zəlimxan Yandarbayev Qətərdə öldürülmüşdü.

“Carnegie”dən Tatyana Stanovaya “Putin qətl əməliyyatları vasitəsilə kreslosunu sığortalamağı bacardı”, deyir.

Putinin güvəndiyi ətrafı ən yüksək məqamlara namizəddir. 20 illik iqtidarında, 4 köhnə qorumasını bölgə qubernatoru təyin edib. Təhlükəsizlik xidmətinə isə daxili siyasətdə xüsusi imtiyazlar tanıyıb.

Yazıçı və təhlükəsizlik mütəxəssisi Andrey Soldatov, Putinin gizli servisdəki köhnə dostlarının qısa zaman ərəfəsində “yeni elitaya” döndüyünü deyir. Soldatova görə, Rusiya Təhlükəsizlik xidməti, Sovet KQB-sinin rolunu üstlənərək cəmiyyəti casuslar, varlı elit təbəqəni isə hədəf göstərərək idarə edir.

Yazılı olmayan Putinə sədaqətli olmaq qaydalarını pozanlar, bu qaydalarla sürətli şəkildə tanış oldular. 2003-cü ilin Fevral ayında, Rusiyanın ən zəngin oliqarxı Mixail Xodorkovski Kremlin korrupsiya siyasətini tənqid etməyə cürət etmişdi; hətta o bunu prezidentlə olan canlı yayımda etdi. Bir il keçmədən Xodorkovski həbs olundu. 2005-ci ildə məhkəmə barəsində hökm çıxararaq dələduzluq və başqa cinayətlərin törədilməsində təqdirli bilindi və dönəmin ən böyük Neft şirkətlərindən biri olan “YUKOS” müflis elan edildi. “Beynəlxalq amnistiya” Təşkilatı Xodorkovski və onun həmkarı Platon Lebedevə “Vicdan məhbusu” statusu verdi. Qüvvədə olan hökmlərə əsasən Xodorkovski azadlığa 25 oktyabr 2014-cü ildə çıxmalı idi. Ancaq Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxdı.

Necə olur olsun, siyasətdən kənar durmaq istəməyən oliqarxlar məhv edildi. Bu qurbanlardan biri də 2013-də İngiltərədəki evində ölü tapılan Boris Berezovski oldu.

Lakin, köhnə oliqarxları təmizlədikləri qədər sürətli, yeni bir sinif yüksəldi və onların əksəriyyəti Putinlə yaxın əlaqələr qurmağa başladı.

Korrupsiya bataqlığına sürüklənən ölkə

Putin iqtidarının inkan olunmaycaq uğurlarından biri də yoxsulluq səviyyəsinin aşağı endirilməsi idi. Bunu təmin edən neftin qiymətindəki yüksəliş, islahatçı bəyanatlar və bir neçə ilə böyüyən iqtisadiyyat idi. Lakin neftin qiymətinin düşməsi və Ukrayna münaqişəsi ilə bağlı Rusiyanın təcrid olunması iqtisadiyyatın yenidən geriləməsinə səbəb oldu. Keçən il yoxsulluq səviyyəsi 13,9%-dən 14,3%-ə yüksəldi.

Rejim üçün korrupsiya ilə mübarizə önəmli əhəmiyyət kəsb edir. Paradoksal olsa da, jurnalistlər və araşdırmaçılar Medvedyev dönəmində gətirilən şəffaflıq islahatı onlatrın işinə yarayır və Rusiyada hakim elitanın korrpsiya əməlləri davamlı olaraq ifşa olunur.

Müxalif siyasətçi Aleksey Navalnı, Medvedevin hakimiyyətdə olduğu illərdə yaxın dostu İqor Seçinin, Putinin ən yaxın ətrafının qaranlıq işlərini araşdırması ilə diqqət çəkdi. Ancaq korrupsiya ilə bağlı ciddi sənədlər üzə çıxsa da, bu şəxslər qanun qarşısında cavab vermədilər və heç bir nəticə ilə üzləşmədilər. Bunun yerinə Navalnı özünü həbs cəzası ilə qarşı-qarşıya qoydu.

Siyasi politoloq Qleb Pavlovski “İnsanlar Putinin çevrəsində olduğunu hiss etdikləri andan etibarən yozlaşmağa başlayır”, - deyir.

Putinin özünün korrupsiyaya daxil olması önəmsizdir. Qərarların çoxunu çevrəsi verir və çevrəsi başdan ayağa korrupsiya içərisində batmış haldadır.

Kremlin satın adlığı mediya

1999-2019 illəri arasında Rus mediyasının gedişatı, faciələrdən və qismən zəfərlərdən ibarətdir. Putinin iqtidara gəlişi ilə birlikdə, medya qurumları amansız düşmənlə qarşı-qarşıya qaldı. Rejim əvvəlcə Televiziya kanallarını zəiflətməyə başladı və ekranlara rejimə qarşı tənqidlər təqdim edən “ORT” və “NTV” kanalını ələ keçirdi.

Sonrasında sıra KİV-lərə gəldi. Plan ümumən eyni hesab edilə bilərdi; Oliqarxları iri mediya quruluşlarını və tanınmış qəzetləri almağa məcbur etmək.

2011-15-dən etibarən, Rus izləyicilər yeni dezinformasiya və saxtakarlıqla qarşı-qarşıya qaldı. Araşdırmaçı jurnalist Aleksey Kovalyov bu anı “geri dönülməz nöqtə” adlandırır. Kovalyova görə, 2014-15-dəki Ukrayna əməliyyatında, Kreml prosesi şişirtmək üçün mediadan istifadə edirdi.

Dövlət mediyası, Putinə qarşı olan müxalifəti “vətən xaini” kimi qələmə verməyə çalışır və bir çox dildə dayanmadan saxta xəbərlər paylaşmağa davam edirlər.

Bu çərçivədə belə, bəzi müstəqil araşdırmaçılar və KİV-lər fəaliyyətlərinə davam edə bildi. Xüsusilə də online media olanlar...

Putin iqtidara gəldiyi zaman əhalinin cəmi 2%-i aktiv interner istifadəçisi idi. Hazırda bu rəqəm 80%-in üzərindədir. Kreml hələ də online mübarizə ilə necə başa çıxa biləcəyi barədə tutarlı strategiyaya sahib görünmür.

Rus jurnalistikasının ulduzlarından hesab olunan Leonid Parfyonov mediya yönümlü təzyiqlərin ilk qurbanlarından biri idi. 2004-cü ildə suiqəsd qurbanı olan Çeçen liderin xanımından aldığı müsahibə onu xəbər spikerliyindən uzaqlaşdırdı. Ancaq bu gün Parfyonov işinə “Youtube” vasitəsilə davam edir.

Parfyonov “15 ildir hər hansı bir dövlət televiziya üçün çalışmıram, amma hazırda işlərim həmişəkindən çox yaxşı gedir”, deyir.

Putinin daxili nailiyyətlərinin propaqandası azalırmış kimi görünsə də, Rusiyanı yenidən böyük güc halına gətirəcəyi fikirləri onu aktual saxlamağa kifayət edir.

Andrey Soldatov, rus müxalifətinin bəzi hissələrinin belə Putinin genişlənmə siyasətinə qoşulduğunu qeyd edir. “Bunu tam olaraq paradoks hesab etmək olmaz. Rus ruhuna kök salan imperiyalizm onları Putini dəstəkləməyə vadar edir” - deyir Soldatov.

Putinsiz Rusiya nə olacaq?

Bu yay baş verəm seçki nümayişləri və bu nümayişləri canlandıran təxribatçı siyasət, idarəetmə sistemi üçün müəyyən bir kriz olduğunu göstərir.

Vəziyyətin Putin üçün ciddiyəti, hələ də qeyri-müəyyənliyini qoruyur. Kremlin təzyiqçi mexanizmasının sadəcə bir qismi dövriyəyə girdi. Protestlər də böyük ölçüdı paytaxt Moskva ilə məhdud qaldı.

Lakin bir növ çatışmanın baş tutacağı gözləniləndir.

Putinin ikinci dönəmi 2024-cü ildə sona çatır və konstitusiyanı dəyişdirmədiyi təqdirdə prezident olaraq qala bilməyəcək.
Hal-hazırda Brejnevdən daha uzun müddət iqtidarda qalan Rusiya lideri, kreslosunu verməyəcəyini göstərməkdədir. 2008 -11-ci illər arasında kənarda qaldığı dönəmdəki təcrübələri uğurlu olmadı və Putin hakimiyyəti özü vermək istəsə belə, ona ehtiyacı olan yaxın çevrəsinin müxalifəti ilə qarşılaşacaq.

Hazırda Putinin hakimiyyətdə qalması üçün müxtəlif teoremlər formalaşdırılır: Konstitutsiyanın dəyişdirilməsi, parlament respublikasının yaradılması və Putinin ölənə qədər baş nazir qalması üzərində işlər aparılır. Bundan başqa Putinin ölkə təhlükəsizlik xidmətinin lideri halına gətirəcək bir model də müzakirə mövzusudur. Bundan başqa Belarusiya ilə ittifaq dövlətinin qurulması və s. Modellərdə gözdən keçirilir.

Konstantin Qaze: “Putin Rusiyasında işlər fərqli irəliləyir. Son 5 ildə, systemin gördüyü ən təməl dəyişikliklərə şahid olduq”, deyir. Ən böyük dəyişiklik isə, gözlərimizin önündə gerçəkləşmək üzərədir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Turqut
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar