Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KTN-nin 4 milyonluq tenderi ilə bağlı yeni faktlar

KTN "CONSOL Group” MMC ilə müqavilə imzalayıb

Bir neçə gün əvvəl məlum oldu ki, Kənd Təsərrüfatı Nazirliyi (KTN) ölkənin regionlarında xırda buynuzlu heyvanların qırxım məntəqələrinin və mal-qaranın çimizdirilmə qurğularının tikintisinə təxminən 4 milyon 276 min manata yaxın vəsait yönəldəcək.

Məntəqələrin Tovuz, Şəmkir, Şəki, Qazax, Samux, İsmayıllı, İmişli, Göygöl, Goranboy, Beyləqan, AğstafaAğcabədi rayonlarında tikintisi nəzərdə tutulur.

Bu işlərin icrası məqsədilə KTN "CONSOL Group” MMC ilə 4 milyon 276 min manat ümumi məbləğində 13 müqavilə imzalanıb.

Qlobal.az saytı şirkətlə bağlı araşdırma aparıb və ortaya maraqlı məqam çıxıb.

Məlum olub ki, "CONSOL Group" 2008-ci ildən Azərbaycanın inşaat malları bazarında mexanik təchizat mallarının Türkiyə və Avropadan idxalı və topdan satışı sahəsi üzrə fəaliyyətə başlayıb.

Hazırda şirkət müştərilərini layihələndirmə və mexanik təchizat işləri təqdim edir.

Şirkətin layihə qrupu tərəfindən məkan və struktur etibarilə hər bir layihəyə uyğun olaraq kondisioner, ventilyasiya və isitmə sistemləri (HVAC), su təchizati, kanalizasiya, yanğınsöndürmə, tüstü kənaredici avadanlıqlarının layihələndirilməsi və qiymətləndirilməsi, işçi qrupu tərəfindən isə avadanlıqların gətirilməsi, montaji və buraxılış-sazlanması üzrə bütün işlər standartlara uyğun şəkildə təqdim olunur.

Müştərilərə həmçinin quraşdırılan avadanlıqların baxım və servis xidmətini təklif edilir.

Məlumata görə "CONSOL Group"un fəaliyyət istiqamətləri arasında tikinti işlərinin aparılması yoxdur.

Belə ki, nazirliyin ümumi məbləği 4 milyon manatdan çox olan və 12 rayonda inşası nəzərdə tutulan xırda buynuzlu heyvanların qırxım məntəqələrinin və mal-qaranın çimizdirilmə qurğularının tikintisini məhz adıçəkilən şirkətə həvalə etməsi maraq doğurur...

Pia.az


Etiket: KTN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar