Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə yol polisi sürücünü döyüb

Gəncədə sürücü ilə yol polisi arasında insident yaşanıb

Sürücü Mehdi Əhməd oğlu Əliyev bildirib ki, avqust ayının 19-u şəhərin Yeni Gəncə qəsəbəsi adlanan ərazisində 20 CR 669 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilini idarə edərkən Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşı (çavuş) Xəyyam Əsgərov adlı şəxs onu saxlayıb.
Heç bir səbəb göstərmədən sənəd tələb edib.

Sürücü buna etiraz etdikdə tərəflər arasında mübahisə yaranıb. "Avtomobilimi idarə edərkən məni saxladı. Mən hansı əsasla məni saxlayırsan sualını verdim. Mənə "Dur" nişanında dayanmadığımı bildirdi. Mən isə yalan danışdığını və görüntünü göstərməsini xahiş etdim.

Bu zaman övladımın yanında pis söyüşlərlə şəxsiyyətimi təhqir etdi, əlində olan planşetlə qol nahiyəmə zərbələr endirdi.

Sonra telefonumu əlimdən aldı və məni zorla post patrul avtomobilinə mindirdi.

Hətta yanındakı polis əməkdaşları məni buraxmasını və sənədlərimi qaytarmasını xahiş etdi. Lakin Xəyyam Əsgərov onlara məhəl qoymadı.

Məni "basdıracağını" dedi. Məsələ ilə bağlı 102 xidmətinə məlumat vermişəm.

Ayrıca Məhkəmə Tibbi Ekspertiza Komissiyasına getmişəm və onlardan rəy gözləyirəm", - deyə Mehdi Əliyev bildirib.(Baku.ws)

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar