Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Məmmədovun başı dərddə - Narazılar Baş Prokurorluğa axın edir

İqbal Məmmədovun oğlu və yaxın qohumlarının həbsindən sonra deputatdan indiyədək şikayətçi olan şəxslər istintaq orqanına müraciət etməyə başlayıb

Lerikdəki “Relax” istirahət və turizm mərkəzində baş vermiş insidentə görə, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və daha 4 şəxs Vergilər Nazirliyinin əməkdaşlarına zor tətbiq, nazirliyə məxsus nəqliyyat vasitələrini daşqalaq etdiklərinə görə barələrində həbs-qətimkan tədbiri seçilib. Tutulanlara qarşı Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumatlı mənbələrdən Editor.az-a daxil olan məlumata görə, İqbal Məmmədovun oğlu və yaxın qohumlarının həbsindən sonra deputatdan indiyədək şikayətçi olan şəxslər istintaq orqanına müraciət etməyə başlayıb. Deputatın torpaqlarını zəbt etdiyi, evlərini əllərindən aldığı Lerikin bir sıra kəndlərinin sakinləri Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə şikayət etməyə başlayıblar. Edilən bütün şikayətlər Baş Prokurorluğun rəhbərliyi səviyyəsində nəzarətdə saxlanılır.

İqbal Məmmədov isə vəziyyətdən çıxmaq üçün fəaliyyətə keçib. O müxtəlif yollarla baş verən böyük qalmaqalı gündəmdən çıxarmağa, bu mövzuda danışanları susdurmağa çalışır. Məlumatlı mənbələr iddia edir ki, deputat hətta bugünlərdə məhdud dairələrdə xaricdə 500 milyon dollardan artıq pul və əmlakının olduğuna işarə edərək, bütün hallarda bir yol taparaq problemi həll edəcəyini deyib.

Məsələ ilə bağlı deputatın da mövqeyini dərc edə bilərik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar