Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya hökumət qüvvələri İdlibdə Türkiyəyə məxsus müşahidə məntəqəsinə atəş açıb

İdlibdə vəziyyət gərginləşib

Suriya hökumət qüvvələri İdlibdə Türkiyə Silahlı Qüvvələrinə (TSQ) aid olan müşahidə məntəqəsinə yenə hücum edib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu dəfə TSQ-nin 8-ci müşahidə məntəqəsinə yaxın ərazi rejimin quru qoşunlarının pulemyotları ilə atəşə tutulub.

Son 10 gündür ki, Suriya qüvvələri Rusiyaİranın dəstək verdiyi əcnəbi terrorçu qrupların yardımı ilə İdlibdə irəliləyir. İdlibdə əsasən Əsəd rejiminə müxalif olan qüvvələr yerləşib.

Sözügedən bölgədən 17 sentyabr 2018-ci ildə imzalanan İdlib müqaviləsindən sonra 1 milyona yaxın Suriya vətəndaşı Suriya-Türkiyə sərhədinə köç edib. Yerli mənbələrdən bildirilib ki, hücumlar Maaretinuman ve Serakib rayonlarını da əhatə edərsə, didərginlərin sayı 1,5 milyona çatacaq.

Qeyd edək ki, Suriya hökumət qüvvələri avqustun 19-da 8 saylı müşahidə nöqtəsinin şərqindəki Moriqdə yerləşən 9 saylı müşahidə nöqtəsində TSQ-nin hərbi avtomobil karvanına havadan hücum edib, nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Pia.az


Etiket: İdlib

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar