Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə təhlükəsiz bölgənin yaradılmasına start verdi

Türkiyə təhlükəsiz bölgə ilə bağlı planın birinci mərhələsinin başlanmasına razılıq verib

PİA.az “Euronews” saytına istinadən xəbər verir ki, Türkiyə və ABŞ Suriya sərhədində təhlükəsiz bölgənin yaradılması ilə bağlı planın birinci mərhələsinə bu gündən etibarən start verib. ABŞ tərəfi qeyd edib, bu plan sərhəd təhlükəsizliyindən əlavə, həm də İŞİD-lə mübarizə aparmaq və koordinasiya edilmədən həyata keçirilən hərbi əməliyyatları da minimuma endirmək baxımından önəmli olacaq.

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı ABŞ Müdafiə naziri Mark Esperlə telefonda danışıb.

Milli Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, danışıqlar zamanı nazir Akar Suriyada Fəratın şərqində təhlükəsiz bölgə ilə bağlı Türkiyənin gözləntilərini bildirib və müəyyən olunmuş tarixdən gec olmamaq şərtilə sözügedən bölgənin yaradılmalı olduğunu vurğulayıb.

Akar və Esper təhlükəsiz bölgənin yaradılması ilə bağlı planın birinci mərhələsinin bu gündən etibarən başlanmasına razılıq veriblər.

Nazirlər planın növbəti mərhələlərini müzakirə etmək üçün hərbi heyətlərin tezliklə Ankarada görüşməsini planlaşdırıblar.

Yeri gəlmişkən, ABŞ Müdafiə Nazirliyi də verdiyi yazılı açıqlamada bildirib ki, bəzi texniki detallar müzakirə olunmasa belə, nazirlər planın tətbiq edilməsi barədəki fikirlərini konkret şəkildə bildiriblər.

Verilən açıqlamada ABŞ-ın və Türkiyənin planı sistemli şəkildə tətbiq edəcəyi bildirilib: “Hər iki nazir də təsdiq edir ki, bu mexanizm sərhəd təhlükəsizliyinin və sabitliyin təmin olunması, koalisiyanın İŞİD-i məğlub etməsi və ortaq mənafeyə zərbə vura biləcək hərbi əməliyyatların minimuma endirilməsi baxımından çox vacibdir.”

Qeyd edək ki, ABŞ hərbi heyəti keçən həftə Şanlıurfada və Ankarada məsələ ilə bağlı müzakirələr aparmışdı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar