Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq"

Bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev açıqlama verib

Avqustun 21-də gecə saatlarında Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında çətin keçilən yüksək dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində əsasən əl əməyindən istifadə olunmaqla lokallaşdırılıb, ətrafa yayılmasının qarşısı alınıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev açıqlama verib.

O bildirib ki, yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin aviasiya dəstəsinin helikopteri də cəlb olunub. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Nazir müavinin sözlərinə görə, yanğınların böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı səbəbindən, bəzi hallarda isə qəsdən törədilir: “Biz belə halların baş verməməsi, günahkar şəxslərin qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik. Kimlərinsə səhlənkarlığı, etinasızlığı, odla ehtiyatsız davranması nəticəsində iki gündür ki, Hirkan milli parkının və Yardımlı rayonunun yüksək dağlıq meşə ərazilərində isti havada gecə-gündüz alovun qarşısına çıxıb əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq. Amma biz meşələrimizin qədrini bilməyənlərə örnək olmaq üçün yanmış sahələrə payız mövsümündə ərazilərə uyğun meşəcinsli ağaclar əkəcəyik, hətta çalışacağıq ki, qonşu kəndlərin sakinlərini də ağac əkilməsinə cəlb edək. Bəlkə bundan sonra onlar əkdikləri ağacları, meşələri bizimlə birgə qorumağa başlayarlar. ETSN olaraq yanğının söndürülməsində yaxından iştirak edən hər bir sakinə, hər bir vətəndaşa təşəkkür edirik. Havaların isti və quraq keçməsi ilə əlaqədar hər kəsi meşə sahələrinə, təbiətə münasibətdə həssas olmağa çağırırıq”.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar