Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin ordusu ABŞ-a qarşı: Pekinin bölgədəki gücü daha da artır...

Bir təşkilatın hesabatında Amerika ordusu Hind okeanı və Sakit okeandakı toqquşmalara hazır olmayan, kütləşmiş bir qüvvə kimi təsvir olunub

Semuel OZBORN
“The Independent” qəzeti, ABŞ, 20 avqust 2019-cu il

İddialara görə, Çin raketləri Sakit okeanın qərbindəki bütün Amerika bazaları və hərbi təsisləri üçün ciddi təhlükə yaradır.

Sidneydə yerləşən bir təşkilat Çin ordusunun Asiyadakı ABŞ hərbi bazalarını bir neçə saat ərzində məhv edə biləcəyi ilə bağlı xəbərdarlıq verib. Avstraliyadakı Sidney Universitetində yerləşən Birləşmiş Dövlətlər Araşdırma Mərkəzinin hesabatına görə, ABŞ-ın Hind okeanı və Sakit okeandakı müdafiə strategiyası bir böhranla üz-üzədir. Buna görə də, Çin bölgəyə Amerikanın hərbi gücünü məhv etmək üçün xüsusi raketlərdən və başqa sistemlərdən ibarət güclü silahlar yerləşdirib.

Hesabatda qeyd edilir ki, bu uzun mənzilli raketlər toplusu Sakit okeanın qərbindəki bütün Amerika bazaları, aero meydanları, limanları və hərbi təsisləri ciddi şəkildə təhdid edir.

“Əgər bir toqquşma baş verərsə, bu təsislər hücum nəticəsində tez sıradan çıxacaq və bu da Çin Xalq Qurtuluş Ordusunun ABŞ-a qarşı hücum ehtimalını daha da artıracaq”.

Bununla yanaşı, ABŞ ordusu həmin hesabatda Hind okeanı və Sakit okeandakı böyük toqquşmaya hazır olmayan, kütləşmiş bir qüvvə kimi təsvir olunub.

Hesabata görə, Vaşinqton təxminən 20 ildir Orta Şərqdə müharibə etdiyi üçün büdcə zəifləyib, müdafiə sistemləri hədsiz dərəcədə istifadə olunub və nəticədə, ABŞ Çinlə ola biləcək bir toqquşmaya qarşı hazırlıqsız vəziyyətə düşüb.

Hesabatda deyilir: “Çin ABŞ-dan fərqli olaraq, hərbi sistemlərinə çox böyük investisiya qoyduğu üçün daha da güclənib və regional sistemə meydan oxuyacaq bir hala gəlib”.

ABŞ-ın uzanıb gedən bu müharibədə hələ də qalib gəlmək şansı olsa da, hesabatda göstərilir ki, ABŞ qarşılıq verməmiş Çin tez-bazar bir həmlə ilə zəfər qazana bilər.

Sidneydə yerləşən bu təşkilat hesab edir ki, ABŞ Avstraliya və Yaponiya kimi regional müttəfiqləri ilə birlikdə “kollektiv çəkindirmə” işləri görməlidir. Belə bir siyasət izləmək üçün bölgədə yüksək səviyyəli hərbi təlimlər keçirilməli və mövcud olan təlimlər isə genişləndirilməlidir.

Hesabatda, həmçinin qeyd olunur ki, Amerikanın müttəfiqləri də ABŞ ordusunun bölgədəki gücünü artırmaq öz ordularını təkmilləşdirməlidirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar