Çərşənbə, 18 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Xəzər rayonunda yeniyetmə oğlan bıçaqlanıb, vəziyyəti ağırdı

Bakının Xəzər rayonunda 17 yaşlı oğlan bıçaqlanaraq ağır xəsarət alıb

APA xəbər verir ki, Binə qəsəbəsi, Südçülük sovxozunda 2002-ci il təvəllüdlü Quliyev Azər Arif oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. A.Quliyevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Pia.az

Etiket: bıçaqlanma

Şərh yazın.

loading...