Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-in Rəqəmsal Dünyası Lənkəranda - Foto

Azercell "Rəqəmsal Dünya bölgələrdə" layihəsinin səfərlərini uğurla davam etdirir

On minlərlə insanı bir araya toplamağa müvəffəq olan Azercell-in "Rəqəmsal Dünya bölgələrdə" layihəsinin səfərləri uğurla davam edir. Naxçıvan şəhərində başlayan tədbirlər silsiləsi Şərur, Ordubad, Quba, Xaçmaz, Qusar, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Mingəçevir və Yevlax şəhərlərindən sonra Lənkəranda baş tutub. Yeddi mindən çox insanın qatıldığı tədbirdə şəhər sakinləri əyləncəli və intellektual oyunlarla yanaşı, virtual reallıq oyunlarında öz qüvvələrini sınamaq, hədiyyə qazanmaq, eləcə də, Azercell-in ən son trendlərə uyğun xidmətləri və məhsulları ilə tanış olmaq imkanı əldə ediblər.

Azercell nümayəndələri 16 avqust tarixində Mingəçevir şəhəri uşaq nevroloji sanatoriyasını, 19 avqust tarixində isə Lənkəran şəhəri, O.Mirzəyev adına qarışıq tipli uşaq evini ziyarət edib. Azercell tərəfindən uşaqlara məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub. Fəaliyyətləri boyunca on minlərlə insana tibbi yardım etmiş "Mobil Göz" və "Mobil Diş" klinikaları Lənkəranda uşaq evinə təşkil edilən səfərə qoşularaq, 40-a yaxın uşağı müayinədən keçirib.

Qeyd edək ki, ölkənin mobil rabitə istifadəçilərinin əksəriyyətinin seçimi olan Azercell şirkəti yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları daha da əlçatan etmək məqsədilə, 2018-2019-cu illər ərzində respublika boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Azercell son yarım ildə Azərbaycanın telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Beləliklə də, şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Hazırda, BakıAbşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir.

Azercell-in Rəqəmsal Dünyasını avqust ayının 21-i Qazaxda, 22-si Tovuzda, 24-ü Şəmkirdə və 26-sı Gəncədə gözləyin!

Pia.az

Fotolar




Etiket: Azercell

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar