Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda İcra Hakimiyyətinin qarşısında “ağac qırğın”ı - Fotolar

Şəhərin mərkəzi meydanında — İcra Hakimiyyətinin binasının yanında günün günorta çağı sağlam və cavan küknar ağacları kəsilib...

PİA.az xəbər verir ki, bu barədə jurnalist Elçin Bayramlı öz facebook səhvəsində status yazıb. Jurnalistin statusunu təqdim edirik:

“Dünən axşam Tovuz şəhərinin mərkəzindən keçərkən qəflətən bir cinayətin şahidi oldum. Şəhərin mərkəzi meydanında — İcra Hakimiyyətinin binasının yanında günün günorta çağı sağlam və cavan küknar ağacları kəsilirdi. Cinayət yerinə yaxınlaşıb fotoları götürdüyüm vaxt ətrafdakı məsul şəxslər dərhal müxtəlif istiqamətdə aradan çıxdılar. Ağacları kəsən və zibil maşınına daşıyanlar Kommunal Təsərrüfat İdarəsinin işçiləri oldiqlarını bildirdilər. Ətrafdakı şəxslərdən və RİH-i mühafizə edən polis nəfərindən soruşsam da, işin kimin tapşırığı əsasında aparıdığını gizlətdilər. Küçə kənarında əkilmiş, əvvəllər Qastronom olmuş, indi isə «Sultan market» adlanan mağazanın qarşısındakı səkiyə kölgə salmaqdan başqa heç nəyə mane olmayan ağacların kimin tapşırığı ilə və hansı sənəd əsasında kəsildiyini aydınlaşdırmaq mümkün olmadı.

KTİ-nin müdiri Xaqani müəllimlə telefon əlaqəsi saxladım, dedi ki, bizə ancaq zibili daşımaq tapşırılıb, kimin kəsdirdiyini deyə bilmərəm. Axşama kimi məsələni aydınlaşdıra bilmədim, iş vaxtı qurtardığından icra hakimiyyətində heç kim yox idi. Sakinlərdən biri ağacların «Sultan market»in qarşısını açmaq üçün kəsildiyini ehtimal etdiyini dedi. Guya market daha yaxşı görünsün deyə. Bu gün məsələni aydınlaşdırmağa çalışacam. Ərazi ekologiya və ya yaşlllaşdırma idarələrinin bu ağac qətliamından xəbəri olub olmadığını, kəsintiyə icazə verilib verilmədiyini dəqiqləşdirəcəm. Faciə ilə bağlı rayon polis idarəsinə də məlumat vermişəm. Əgər bu ağacların kəsilməsi üçün müvafiq ekspert komissiyasının aktı və kəsilməsi üçün qanuni icazə sənədi yoxdursa, bunu edənlərin cəzalandırılması haqda yuxarı orqanlar qarşısında məsələ qaldıracam”.

Elçin Bayramlı, Ekoloq Jurnalistlər Birliyinin sədr müavini

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar