Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və İran Türkiyəyə qarşı - Müharibə ehtimalı...

Suriya torpaqlarında Türkiyə-Suriya müharibəsi təhlükəsi hər gün daha da böyüyür...

Politoloq: “Türkiyə konvoyuna atəş açan qüvvələr arasında RusiyaSuriya ilə yanaşı, İran muzdlular da olub. Bundan aydın olur ki, artıq Suriya, Rusiyaİran Türkiyəni Suriyadan çıxarmaq qərarında yekdil razılığa gəliblər”.

“İdlib müxalifətin son qalasıdır və onu Türkiyə müdafiə etməyə çalışır. Əsəd isə görünür Putinlə razılığa gələrək, Türkiyəni Suriyadan tamamilə çıxarmaq, onu Suriyanın gələcəyinə dair proseslərdə iştirak etmək haqqından məhrum etmək istəyir. Bu isə bütün sahələrdə Rusiya və Türkiyənin ittifaqının sonu ola bilər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova son hadisələrdən sonra Türkiyə ilə Suriya arasında böyük müharibənin olma ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyə ABŞ-la Təhlükəsizlik Bölgəsi ilə bağlı müzakirələr apararkən Suriyada vəziyyət yenidən gərginləşib. Srağa gün Suriya ordusu Rusiyanın yardımı ilə strateji əhəmiyyətli Xan-Şeyxun şəhərinə girib. Türkiyə də öz növbəsində bəzi strateji nöqtələrə ordu yeridib və bundan sonra Suriya-Rusiya aviasiyası türk ordusuna havadan atəş açıb. İnsident zamanı türk ordusu itki verməyib. Sonra isə Suriyanın hərbi hava qüvvələri İdlib vilayətində Türkiyənin hərbi konvoyuna zərbə endirib. Hərbi konvoy Xan Şeyxun bölgəsində de-eskalasiya zonasına nəzarət edən məntəqələr arasında hərəkət edərkən hücuma məruz qalıb.

Türkiyə Müdafiə Nazirliyi hücum nəticəsində 3 nəfərin öldüyünü, 12 nəfərin isə yaralandığını açıqlayıb.

Suriyanın dövlət televiziyası isə Xarici İşlər Nazirliyinə istinadən xəbər verib ki, Türkiyəyə məxsus zirehli transportyorlar Xan Şeyxun istiqamətində hərəkət ediblər. Suriya Ərəb Respublikasının ordusu hazırda Xan Şeyxun uğrunda döyüşlər aparır.

Bəzi analitiklər Türkiyə ilə Suriya arasında böyük müharibənin çıxa biləcəyini istisna etmirlər. İran da öz növbəsində Türkiyənin ABŞ-la Təhlükəsizlik Bölgə razılaşmalarında ciddi narazılığını və narahatlığını ortaya qoyub.

Hazırda Suriya üzərində yaranmış strateji vəziyyəti necə dəyərləndirmək olar? Türkiyə ABŞ-la Təhlükəsizlik Bölgə məsələsində tam anlaşma olarsa, Suriyada Rusiya-Türkiyə-İran anlaşması pozula bilərmi və Türkiyə ilə Suriya arasında müharibə ehtimalı varmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “Suriya-Rusiya ittifaqı böyük strateji əhəmiyyətə malik İdlib bölgəsini nəzarətə götürmək istəyirlər”.

Türkiyənin Suriya ilə bilavasitə sərhədə sahib olduğunu, Türkiyənin Suriyada bəzi ərazilərə nəzarət etdiyini xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Əsədin bu tələsik qərarı Suriyanın şimalında vəziyyəti daha da gərginləşdirib:

ABŞ-ın Suriyadan çıxmasından sonra Rusiya və müttəfiqləri, xüsusilə Türkiyə arasında münasibətlərin artıq əvvəlki kimi olmayacağı məlum idi. Xüsusən, Türkiyə ilə münasibətlərin Əsəd məsələsində pisləşəcəyi gözlənilirdi. Çünki Astana prosesi iştirakçılarından Rusiyaİranın rəsmi Dəməşq hakimiyyətinə münasibəti demək olar ki, Lakin Türkiyənin Əsədə olan münasibəti də ortadadır. Ərdoğan höküməti Əsədin legitimliyini tanımır. Bu səbəbdən artıq gördüyümüz kimi müttəfiqlər arasında çatlar dərinləşməyə başlayıb. Əsasən də, Türkiyənin RusiyaSuriyanın, terrorçu hesab etdiyi Azad Suriya Ordusunu dəstəkləməsi və onlara yardım etməsi ciddi narazılıq yaradır.

Məlumata görə, “Həyat təhrir əş-şam” qruplaşması Rusiyada terror təşkilatı kimi qadağan olunduğu halda, Türkiyə ona dəstək verir. Xan-şeyxun yaxınlığında üsyançılara yardım aparan türk konvoyuna atəş açılması şübhəsiz ki, Türkiyənin Suriyada təsirini məhdudlaşdırıb onun bu ölkədən sıxışdırılıb çıxarılmasına hesablanmış addımdır. Bununla yanaşı, Suriya-Rusiya ittifaqı böyük strateji əhəmiyyətə malik İdlib bölgəsini nəzarətə götürmək istəyirlər.

Nəzakət Məmmədova: “Türkiyədə milyonlarla Suriya qaçqını var, onlar Ərdoğanın əlində Əsədə və Avropaya qarşı ən böyük təzyiq vasitəsidir”.

Məlumatlara görə, Türkiyə konvoyuna atəş açan qüvvələr arasında RusiyaSuriya ilə yanaşı, İran muzdlular da olub. Bundan aydın olur ki, artıq Suriya, Rusiyaİran Türkiyəni Suriyadan çıxarmaq qərarında yekdil razılığa gəliblər. Üstəlik bu, hərbsizləşdirilmiş İdlib yaxınlığında baş verirsə, İdlibdən və bütövlükdə Suriyadan Türkiyəni çıxarmaq planları aydın olur.

Türkiyənin İdlibdə ümumilikdə 12 müşahidə məntəqəsi var. Ötən ilin sentyabr ayında Soçidə Putin və Ərdoğan arasında İdlibdə de-eskalasiya zonası yaradılması barədə razılığa gəlinmişdi. Burada atəşkəsi pozan məhz Suriya hökumətinin özü oldu. Suriya hakimiyyəti iddia edir ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının terror təşkilatları sırasına daxil etdiyi “Ən-nüsra cəbhəsi” döyüşçülərinə yardım aparırmış və Suriyanın dövlət sərhədini, suverenliyini pozub.

İdlib müxalifətin son qalasıdır və onu Türkiyə müdafiə etməyə çalışır. Əsəd isə görünür Putinlə razılaşmaya gələrək, Türkiyəni Suriyadan tamamilə çıxarmaq, onu Suriyanın gələcəyinə dair proseslərdə iştirak etmək haqqından məhrum etmək istəyir. Bu, Rusiya və Türkiyənin ittifaqının belə sonu ola bilər. Lakin bu, asanlıqla mümkün olmayacaq. Türkiyədə milyonlarla Suriya qaçqını var, onlar Ərdoğanın əlində Əsədə və Avropaya qarşı ən böyük təzyiq vasitəsidir. Bundan başqa, Türkiyə Suriya ilə bilavasitə sərhəddir, Suriyada bəzi ərazilərə nəzarət edir s. Odur ki, Əsədin bu qərarı tələskənlik idi və vəziyyəti daha da gərginləşdirəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar