Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Gənc Demokratlar İsrailə qarşı: Tramp Demokrat Partiyasını parçalamağa çalışır...

ABŞ-İsrail ittifaqı Netanyahu və Tramp əməkdaşlığına əsaslanmır və Demokratlar Partiyasında mövcud olan İsrail dəstəyi dərinləşmiş bir ənənədir...

Abdullah MURADOĞLU
“Yeni Şafak” qəzeti, Türkiyə, 20 avqust 2019-cu il

Nümayəndələr Palatasının və Demokratlar Partiyasının üzvlərindən olan İlhan Ömər və Rəşidə Tlaib Trampla İsraili münasibətlərini tənqid etdiyi üçün onlara İsrailə səfər etməyi qadağan edilibb. İlk dəfədir ki, İsrail höjküməti ABŞ Konqresinin 2 üzvünə İsrailə getməsinə qadağa qoyur. Konqresin Demokrat liderləri ilə yanaşı, “İsrail Lobbisi”nin liberal qanadı da Netanyahu hökumətinin bu qərarını tənqid edib.

“Amerika yəhudiləri”nin 3/4-ü Demokratları dəstəkləyir. Tramp və Respublikaçılar isə yəhudiləri Demokratlardan qoparmağa çalışırlar. Liberal yəhudilər də əsasən, İsraili dəstəkləməklə bərabər, Netanyahunun siyasətlərini mənimsəyirlər. Demokrat liderləri və liberal yəhudilər Netanyahu və Trampın ABŞ-İsrail ittifaqına zərbə vurduğunu düşünürlər.

Amerika yəhudilərinin dəstəyini itirmək istəməyən Demokrat liderləri İsrail siyasətinə tənqidi yanaşan yeni nəsil Demokratları sıxışdırmağa çalışırlar. Yeni nəsil siyasətçilərlə Konqresdəki Demokrat liderləri arasında ciddi narazılıq yaranıb. Trampın sözləri bu çəkişməni daha da dərinləşdirir. Lobbilərin siyasət üzərindəki nüfuzundan narahat olan “Gənc Demokratlar” lobbilərin pul yardımlarını belə məhdudlaşdırılmağa başlayıblar.

İsraili açıq şəkildə tənqid edən Demokrat siyasətçilərin ortaya çıxması partiyanın liderliyinə xələl gətirir. Nümayəndələr Palatasının sədri Nensi Pelosi isə “İsrail Lobbisi”ni sakitləşdirməyə çalışır. Pelosi keçən il baş tutan “İsrail-Amerika Şurası”nın milli konfransında Demokratlar Partiyasının ABŞ-İsrail ittifaqına bağlı olduğunu yenidən vurğulamışdı. Pelosi, həmçinin, Palatada önəmli yer tutan yəhudi Demokrat millət vəkillərinin bir-bir adlarını çəkib.

Pelosinin saydığı şəxslər arasında Beynəlxalq Münasibətlər Komitəsi rəhbəri Eliot Engel, Kəşfiyyat Komitəsi rəhbəri Adam Şif, Maliyyə Komitəsi rəhbəri Nita Lovey və Komitənin üzvü Debbi Vazerman Şults da olub. Pelosi bildirmişdi ki, əgər İsrailə maddi dəstək lazım olsa, Lovey və Vazerman bunu təmin edəcək. İsrail tərəfdarı olmaqdan imtina edə bilmədiyini vurğulayan Pelosi İsraili tənqid edən Demokrat vəkillərə fikir verməməyi üstün tutur.

Pelosi bu yaxınlarda verdiyi bir müsahibədə qeyd edib ki, ABŞ-İsrail ittifaqı Netanyahu və Tramp əməkdaşlığına əsaslanmır və Demokratlar Partiyasında mövcud olan İsrail dəstəyi dərinləşmiş bir ənənədir. İsrailə səyahət etməyi qadağan edən qanunun İsrail-ABŞ münasibətlərinə zərər verməyəcəyini deyən Pelosi qeyd edib ki, həm özü, həm də Demokrat millət vəkilləri İsrailə səfər etməkdən əl çəkməyəcək.

“Vox” nəşrinin müxbiri olan Zişan Alem isə düşünür ki, Tramp daxili siyasi hədəflərinə çatmaq üçün İsraildən istifadə edir. Trampın məqsədi İsrail terrorunu tənqid edən Demokratları ictimaiyyətdə “şeytan” kimi göstərmək və partiyanı bölməkdir. Pelosi isə ABŞ-İsrail ittifaqını “siyasətdən yuxarıda” tutaraq ABŞ Konqresindəki “iki partiyalı İsrail uzlaşması”nı davam etdirməyi üstün bilir.

İsrail dövlətinin Amerika mediasında çox müzakirə olunması Pelosi və digər Demokrat liderlərini narahat edir. Çünki İsrailin lehinə olan bütün qərarlar heç bir maneə olmadan ABŞ Konqresindən keçir. Gənc Demokratlar bu iki partiyalı fırıldaqçılığın üstünə getməyə başlayıblar.

Gənc Demokratları narahat edən əsas məsələ ABŞ-ın Orta Şərq siyasətinin mərkəzində İsrailin olması və İsrailin sıravi amerikalılara get-gedə daha çox maliyyə problemi yükləməsidir. Trampın çıxışları isə Demokratlar arasındakı İsrail problemini daha da dərinləşdirir. Pelosi bu fırıldağın ifşa olmasından narahat olduğu üçün tez-tez Trampı tənqid edir.

Gənc Demokratlar get-gedə güclənir və Konqresdə üzvlərinin sayının artır. Bu da Demokratların liderliyinə təkan verir. Pelosi bu dalğanın necə yüksəldiyini görə bilir. Trampla mübarizə aparmağın yolu yeni nəslin enerjisini siyasətə daxil etməkdən keçir. Xülasə, məsələnin məğzi odur ki, İsrail Amerika siyasətinin gələcəyinə yön verir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...