Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dincəlin...

Bu dünyanı mənasız yarışa çevirmişik. Bu nə məntiqsiz rəqabətdir? Bütün müharibələr, davalar, təhqirlər, qəlb qırmalar, ədalətsizliklər, atmacalar, əzib keçmələr, haqq yemələr nə üçündür?...

Lalə Məhərrəmli yazır

Bir neçə il bundan öncə Daun sindromlu 9 yarışçı 100m-lik qaçış xəttini qaçmaq üçün yığışmışdılar. Bəli bu bir yarış idi. Və hər biri qalib gəlmək, xəttə 1-ci çatmaq istəyirdi. Atəş açıldı və onlar var gücləri ilə qaçmağa başladılar. Elə bu vaxt oğlanlardan biri dizi üstə yıxıldı. Ağlamağa başladı. Digər 8 nəfər onun səsini eşitdi və sürətlərini azaltmağa başladılar. Geri çevrilib ona yaxın getdilər. Aralarından bir qız əyilib onu öpdü və dedi ki "bu səni daha yaxşı edəcək". Onlar bir-birləri ilə qol-qola girib finiş xəttinə birlikdə çatdılar və yarışı bərabər bitirdilər. Bütün stadion ayağa qalxdı və dəqiqələrcə onları alqışladı.

Çünki alqışa layiq idi birinin yarasını sağaltmaq üçün, ağrısını azaltmaq üçün 1-cilikdən üz çevirmək və əslində bilmədən İNSANLIQda birinci olmaq. Görəsən biz olsaq nə edərdik? Vecimizə alardıq yıxılıb qalan birini? 1-ci olmaq üçün unudardıq onun ağrısını, görməzdən gələrdik ağlamağını?

Hərdən deyirəm nə mənasız yarışa çevirmişik bu dünyanı? Bu nə məntiqsiz rəqabətdir? Bütün müharibələr, davalar, təhqirlər, qəlb qırmalar, ədalətsizliklər, atmacalar, əzib keçmələr, haqq yemələr nə üçündür? Finişə 1-ci çatmaq üçün? Vallah dindirsən heç kim bilmir o finiş hardadır? Qalibin hədiyyəsi nədir? Və ya ümumiyyətlə dəyərmi? Hərdən elə bilirəm çox tələsirik...

Bu qaç-ha-qaçda yaşamağı unuduruq.
Hərdən sizə bunları deməyim gəlir.

Hərdən də oturub ömrümün bir köşəsinə
dincəlməyim gəlir.

Dincəlin. Hərdən siz də dincəlin.

Dincələ-dincələ yaşayın.

Tələsməyin!

Lalə MƏHƏRRƏMLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Yorğunluqdan necə xilas olmaq olar? -Günü sabah başlayın

"İtirməkdən ən çox qorxduğunuz vaxt olsun" -  Gənclərə...

Ən çox oxunanalar