Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva-Ankara ittifaqı uçurumun astanasında

İdlibdə tərəflərin hərbi toqquşması mümkündür

Maksim Suçkov

“Əl-Monitor”, 20.08.2019

Avqustun 19-da İdlib vilayətində Suriya hərbi hava qüvvələrinin türk hərbi karvanına zərbə endirməsi Rusiya ilə Türkiyə arasındakı münasibətləri gərginləşdirir.

Türkiyə Müdafiə Nazirliyinin vəziyyətlə bağlı yaydığı açıqlamada Suriya xatırladılmır, ancaq Rusiya Federasiyasına dörd dəfə istinad edilib, deməli, Ankara hadisəni Moskva ilə üz-üzə qalma kimi yozur.

Türkiyə hücum zamanı 3 mülki şəxsin öldüyünü və 12 nəfərin yaralandığını bildirib, ancaq qurbanlar haqqında ətraflı məlumat verməyib.

Bu açıqlamadan sonra Rusiya rəsmiləri və dövlət mediası Kremlin təpkisini gözləyib və bu, uzun sürməyib.

Həmin gün Fransa prezidenti Emmanuel Makronu Moskvada qarşıladıqdan sonra Vladimir Putin Şamın İdlib əyalətindəki hərbi zərbələrini dəstəklədiyini təkrarlayıb. “Qeyd etmək istərdim ki, Soçidə İdlib zonasının bir hissəsinin hərbisizləşdirilməsi ilə bağlı müvafiq razılaşmalar imzalanmamışdan əvvəl həmin ərazinin təxminən 50%-i terrorçuların nəzarətində idi və indi bu həcm 90%-dir. Biz oradan daim basqınları müşahidə edirik və bundan əlavə, bölgədəki döyüşçülərin dünyanın digər bölgələrinə hərəkətini görürük və bu, olduqca təhlükəlidir”.

Putin əlavə edib: “İdlib bölgəsindən Xmeymimdəki aviabazamıza çoxsaylı zərbə cəhdləri edilib, buna görə də, Suriya ordusunun terror təhdidlərini zərərsizləşdirmək üçün yerli əməliyyatlar aparmaq səylərini dəstəkləyirik”.

O, eyni zamanda, Qərbin Rusiyanın hərbisizləşdirilən zona prinsipini pozduğuna dair ittihamlarını təkzib edib: “Xatırlatmaq istərdim ki, heç kim terrorçuların İdlib zonasında cəmləşmək və orada özlərini rahat hiss etmək imkanları barədə razılaşmayıb. Əksinə, terrorçularla mübarizənin davam etdiriləcəyi vurğulanıb”.

Rusiya ilə Türkiyə münasibətlərində müsbət dinamika izləyib, Moskva Ankaranın “strateji təhlükəsizlik təminatçısı” olub. Bir neçə həftə əvvəl “S-400” raket sisteminin ilk hissəsi Türkiyəyə təhvil verilib və hər iki tərəf üçün mühüm olan bir sıra ikitərəfli layihələr davam edir.

İdlibdəki vəziyyət aprel ayından bəri davam edən ən dramatik fikir ayrılıqları ilə münasibətləri korlamaq üçün təhlükə yaradır.

Keçən il Soçidə Rusiya və Türkiyə liderlərinin vasitəçiliyi ilə bağlanan müqavilənin fırtınalı sularda naviqasiya edəcəyi gözlənilirdi və o, məqsədini doğrultmayıb. Moskva bu uğursuzluğun günahını Ankaranın üzərinə qoyur, baxmayaraq ki, mövzu ilə bağlı tənqidi açıqlamalardan çəkinir.

Ankara isə, bir tərəfdən, “islamçı” fraksiyaların “Heyət Təhrir əş-Şam” koalisiyası ilə döyüşlərində Türkiyəyə sadiq olan müxalif qrupları dəstəkləyir, digər tərəfdən də, Suriyanın bu hissəsində strateji varlığını təmin edən hərbi-siyasi hərəkətlər edir.

İdlibdə Suriya prezidenti Bəşər Əsəd əleyhinə olan qüvvələr Xmeymimdəki Rusiya hərbi obyektlərini təhdid etməsəydi, Rusiya bəlkə də bununla barışa bilərdi. Suriya rəhbərliyi də, şübhəsiz, Türkiyənin İdlibdəki təcavüzündən və Soçidə razılaşdırılmış şərtlərdən kənarda Suriya ərazisindəki hərbi mövcudluğundan məmnun deyil.

Ankara bu vəziyyətdə Əsədi legitim saymır, amma Moskva müttəfiqinə sadiqdir.

Bu baxımdan, Rusiya aviabazasına davamlı həmlələr Rusiyanın öz hərbi qüvvələri üçün təhlükə yaradır və Suriya ordusunun həmin ərazilərdə irəliləməsini təmin etmək üçün mükəmməl bir səbəb var.

Başqa sözlə, Əsədin İdlibdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla strateji, Putinin isə taktiki problemi var. Bu, heç bir tərəf üçün hər şeyi asanlaşdırmır.

Rusiya və Türkiyənin İdlibdə bir-biri ilə müharibə etməyəcək. Əlbəttə, əgər heç bir böyük hadisə baş verməzsə.

Tərəflərin münasibətində sərinləşmə ola biləcəyini düşünməyin başqa bir səbəbi rabitə məsələsidir. Hücuma məruz qalmış karvanla bağlı indiyə qədər yalnız bir neçə açıqlama verildiyi üçün ictimai duyğuların həddindən artıq yüklənməsi əvəzinə, “peşəkar” həll axtaran bəzi hərbi danışıqlar aparıla bilər.

Bununla belə, İdlibdə döyüşlər getdikcə masadakı bütün variantlar həm Rusiya, həm də Türkiyə üçün narahatedicidir. Vəziyyəti daha da pisləşdirmək üçün rejim tərəfdarı qüvvələr üsyançıların geri çəkilməsindən sonra İdlibdəki Xan Şeyxunu mühasirəyə alıblar.

Bu, Ankaranı iki pislikdən ən az hesab etdiyini seçməyə məcbur edir.

Türkiyənin Suriya ordusu ilə toqquşması da buna əlavə ola bilər və ustəlik Rusiya ilə də.

Başqa bir seçim Ankara ilə Moskva arasında yenilənmiş, açıq düşmənçilikdən daha yaxşı ola biləcək razılaşmadır.

Rusiya da, öz növbəsində, həm Suriya, həm də konstruktiv və dağıdıcı yerli güclərlə deyil, ABŞ-la qarşıdurmaya girmə riskini yaşayır. Nəzəri olaraq, Rusiya Soçi memorandumunda nəzərdə tutulan M5 şossesi boyunca maneəsiz nəql zəmanətini təmin etməklə, Ankaranın dəstəklədiyi müxalif qrupların İdlib ərazisini nəzarət altına almasına razı ola bilər. Ankara da bir döyüş fəaliyyətinin cəbhə bölgəsindəki vəziyyətin türkiyəli müşahidəçilərin mövqelərinə təsir etməməsi halında bununla razılaşa bilər. Buradakı problem Suriya ordusunun hərbisizləşdirmə bölgəsinin sərhədlərini yenidən biçməsidir.

Qısası, İdlibdə Moskva və Ankaranın “evliliy”i ortaq strateji maraqları təmin etməyə yönəlmişdi.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar