Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT yanında səlahiyyətli nümayəndəsi Dmitri Polyanski bildirib.
O, qeyd edib ki, buna səbəb ABŞ-ın raket sınaqlarıdır. Diplomatın sözlərinə görə, Birləşmiş Ştatlar orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqaviləni pozub.
Növbədən kənar iclas bu gün axşam saat 22:00-da keçiriləcək.
Daha əvvəl bildirilib ki, Birləşmiş Ştatlar Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə ilə qadağan olunmuş nüvə olmayan yerüstü qanadlı raketini sınaqdan keçirib. Sınaq avqustun 18-də baş tutub.
Pia.az