Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir pedofilin gündəliyi: Kral ailəsi Epşteynin sənədlərindən niyə qorxur?

“Bakinqam sarayını ən çox qorxudan məsələ Şahzadə Endrunun Kraliça ilə bağlı dediyi sözlərdir”

Ergün DİLER
“Takvim” qəzeti, Türkiyə, 20 avqust 2019-cu il

Keçən yazılarda da qeyd etdiyim kimi, Epşteyn məsələsini başa düşmədən dünyada nələr olduğunu anlaya bilmərik.

Son illərdə baş verən ən böyük hadisə Cefri Epşteynin öldürülməsidir. Epşteynin özünü öldürməsi üçün heç bir səbəbi yox idi. Buna görə də, intihar hadisəsi tamamilə nağıldır. Çünki Epşteynin girmədiyi yer yox idi. Kral ailələrindən Ağ Evə, Hollivuddan “Yeşil Çam”a qədər hər yerdə gəzirdi. Mediada yazılmasa da, Epşteynin şəbəkəsi olduqca geniş və təsirlidir. Yenə yazılmayan detallardan biri də Epşteynin adası və oradakı məbəddir.

ABŞ-lı milyarder Epşteynin sahib olduğu “Little St. James” adasındakı məbədin dizaynı Türkiyədən alınıb. Yəni xüsusilə buradakı mədəbin bir bənzərini düzəltdirib. Maraqlı təsadüfdür.

Məlumdur ki, Epşteyn İngiltərənin kral ailəsi ilə xüsusi işlər görüb. Kraliça II Elizabetin oğlu şahzadə Endru ilə bağlı təcavüz xəbərləri çıxmışdı. Lakin kraliça onu xilas etmişdi.

İndi isə vəziyyət dəyişib. Epşteyn öldürüldükdən və sənədlər itəndən sonra Kraliça çox önəmli bir qərar verdi. Şahzadə Endru ilə köhnə həyat yoldaşı Sarah Ferqusonu İspaniyanın Sotoqrande bölgəsindəki MI6-nın etibarlı evinə göndərdi. Çünki məlumdur ki, şahzadə ilə bağlı sənədlər Bakinqam sarayına böyük zərbə vuracaq. Əslində Bakinqam sarayını ən çox qorxudan məsələ Şahzadə Endrunun Kraliça ilə bağlı dediyi sözlərdir. Sözsüz ki, ingilis kral ailəsi ilə və şahzadə Çarlzın şahzadə Diananın ölümünə icazə verməsi, şahzadə Uilyamın qalmaqalları, Şahzadə Heri ilə Meqan Marklın evlənməsi və kraliça II Elizabetlə bağlı olan bütün sənədlər səs-küy doğuracaq. Yəni kral ailəsinin tarixi yenidən yazılacaq. Çünki şahzadə Endrunun bunlarla bağlı fikirləri həmin sənədlərdə öz əksini tapıb. Əgər o sənədlər ortaya çıxsa, hər şey ifşa olacaq.

Təəssüf ki, hadisə bununla da bitmir. Zukerberqdən İlon Maska, Cef Bezosdan dünyanın ən zəngin 50 insanına qədər hər kəs qorxudan əsir. Sizcə, niyə?

Çünki onlarla güclü insanın idarə etdiyi nəhəng meqa sistem sual altına düşür. Bu sistemin yeni üzvlərindən olan Stiven Şpelberq “Meqa Təhsil layihəsi” olaraq həm Kabbala, həm də buddist meditasiyasının öyrədilməsi üçün işlərə başlayıb. Stiven Şpelberq sayəsində güclənən bu nəhəng (meqa) sistem Zukerberq, İlon Mask və Bezos kimi şəxsləri Cefri Epşteynin şəbəkəsinə daxil etdi.

Bil Klinton prezident olduğu zamanlarda Leni Kuineri sevmir və ona vəzifə vermək istəmirdi. Yəni Ədliyyə Nazirliyinin yuxarısında olmasına icazə vermirdi. Lakin bir gün Klintonun prezident ofisinə Epşteyn gəldi və bir şəkil göstərdi. Bununla da, sevilməyən adam bir-birdən yüksəldi. Bütün münasibətlər bu şəkildə qurulmuşdu.

Yaxın günlərdə Epşteynin qurbanlarından biri olmuş Virciniya Cufri 16 yaşında ikən başına nələr gəldiyini danışıb. Virciniya Cufrinin yeniyetmə vaxtı sevgili olduğu insanlar içində Nyu Meksikanın sabiq qubernatoru Bil Riçardson, maliyyəçi Qlen Dubin, sabiq senator Corc Miçel və moda almindən Jan-Luk Brunel vardı. Əlbəttə ki, bu siyahı uzundur. Cufri hələ cəmi 14 yaşında olanda bu şəxslərdə birlikdə çəkilişləri edilirdi. Riçardson, Dubin, Miçel və Brunelin isə münasibətdən sonra necə gücləndikləri üzə çıxıb. Yəni aydın şəkildə görünür ki, minlərlə insandan bu şəkildə istifadə edilir.

Bu zaman ortaya bu sual çıxır: Bu sistemi kim çökdürdü? Epşteyni öldürən kimdir?

Daha çox Pentaqonun bu yöndə addım atdığı önə sürülür. Əksini dəyənlər də var, əlbəttə.

Epşteyn öldürüldü və artıq Meqa Sistemin içində olan hər kəs təhlükədədir. Sistemin içindəki ən böyük beyinlərdən biri olan Kissincerin 4 önəmli adamı boğularaq öldürülüb. Amerika mediası Epşteyn hadisəsini bağlamağa qərar verib. Fox, CNN, New York Times və Washington Post kimi mətbuat orqanları Epşteynlə bağlı hər şeyi bağlayıb. Bu əmri verən kimdir?

Böyük ehtimalla, Pentaqondur. Lakin bunun əksini iddia edənlər də az deyil. Onda belə çıxır ki, Dərin Amerikanın bir qolu Epşteyn məsələsini bağlamaq istəyir. Epşteynin sənədlərini ələ keçirən kimdirsə, artıq dünyanı idarə edəcək insan da odur.

Deyilənə görə, Gisleyn Maksvel Virciniya Cufrini Epşteynin əmri ilə ilk dəfə şahzadə Endruya təqdim edib. Hətta 2004-cü ilə aid olan bir fotoşəkildə şahzadə Endrunun cəmi 13-14 yaşında olan Virciniya Cufrini qucaqladığı görünür. Şəklin çəkildiyi yer isə Epşteynin xüsusi evidir.

Cefri Epşteynin evi. Virciniya Cufri və şahzadə Endru. Arxadakı qadın Gisleyn Maksveldir.

Gisleyn Maksvel hal-hazırda Epşteynin bildiyi hər şeyi bilən yeganə insandır. Yəni o, çox dəyərlidir və yoxa çıxıb. Bir çoxları onun Fransada olduğunu düşünür.

Bəs bu qədər böyük bir qalmaqal baş verərkən mediada heç adı çəkilməyən şəxs kimdir? Əlbəttə ki, Corc Soros. Epşteynin güclənməsi üçün ona ilk dəfə maddi dəstək verən Soros indi haradadır? Niyə onunla bağlı heç bir xəbər çıxmır? ABŞ prezidentlərinin belə bir çox qalmaqalları mediada nümayiş etdirilərkən Soros niyə bu qədər güclənib? Hətta ABŞ prezidentlərinin qadın paltarında çəkilmiş şəkilləri yayıldığı halda, Sorosun adını çəkən yoxdur. Sorosun Nyu-Yorkda yaşadığı ev ilə Epşteynin evinin çox yaxın olması belə ikisi arasındakı yaxınlığı izah edir.

Gisleyn Maksvel çox ağıllıdır. Buna görə də, özünü təhlükədən qoruya biləcək qərarlar verdi. Böyük kəşfiyyat təşkilatları vəziyyəti belə qiymətləndirirlər.

Dünyada vəziyyət bu qədər gərgin olduğu halda, üstəlik yeni bir sensasiya ortaya çıxdı. Böyük arxiv kimdədirsə, son sözü o deyəcək və hər kəs də ona itaət edəcək. Dünya təlaşdadır: Görəsən, Epşteyni öldürən və sənədləri götürən kimdir? Yaxın zamanda bu şəxsin kim olduğu ortaya çıxacaq. Şərqi Aralıq dənizinə, Suriyaya, Avrasiyaya, ABŞ-a, İngiltərəyə və Avropaya baxıb hər şeyi görəcəyik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar