Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı” - Qabil Hüseynli

"Bizə demişdilər ki, əgər cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək"

PİA.AZ xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında iyulun 24-də qəzaya uğramış MiQ-29 hərbi təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin cəsədinin tapılmasına münasibət bildirən hərbiçinin qayınatası, politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, həlak olmuş pilotun ayağının biri axtarışların ilk günü tapılıbmış: "Polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi bu gün səhər tapılıb. Cəsədi təxminən tanımaq olurdu, amma cəsəddə deformasiyalar var idi. Təyyarə düşəndə "preslənib". Kreslo çox möhkəm hazırlandığından, pilotun oturduğu kabinə demək olar ki, dağılmayıb. Onun əzalarının da müəyən hissələri tapılıb. Açığı, Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı. Bizə demişdilər ki, əgər cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək. Sonra axtarışlar daha ciddi surətdə aparıldı və bu gün cəsəd tapıldı".

Qabil Hüseynli qeyd edib ki, Rəşad Atakişiyev katapultdan istifadə etməyib: "Əgər etsəydi, kreslo tapılmazdı".

Məlumata görə, pilot Rəşad Atakişiyevlə vida mərasimi sabah Müdafiə Nazirliyinin Tədris Mərkəzində keçiriləcək və hərbçi İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar