Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artan təqaüd və maaşlar: Bu artım monopolistlərin cibinə getmirmi?

Əmək pensiyasının minimum məbləğinin 200 manata çatırılması qiymətlərə necə təsir edəcək? - İnflyasiya təhlükəsi...

İqtisadçı-ekspert: “Azərbaycanda illərlə oturuşmuş “ənənə” var ki, maaş və təqaüdlərin artımı fonunda həmişə qiymətlərin də artımı müşahidə olunub”.

“Bazar qiymətlərini bazar oyunçuları arasında yaranan rəqabət mühiti tənzimləyəndə daha qalıcı olur və alıcı üçün daha sərfəli bir formada inkişaf edir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda maaş və təqaüd artımlarının qiymət artımları üçün psixoloji şərait yaratmasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması təmin ediləcək. Bununla əlaqədar qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub. Bu artım 660 min pensiyaçını əhatə edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır: “Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi. Göründüyü kimi, 2019-cu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla, 116 manatdan 200 manata çatdırılıb.

Beləliklə, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının, eləcə də dövlət başçısının qanunvericilik təşəbbüsü nəticəsində minimum pensiyanın artırılması birbaşa olaraq, 2,1 milyondan çox vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verəcək.
Sosial sahədə yeni inqilabi addımlar olan bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə 660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılacaq”.

Əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsü heç də ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi iqtisadçılar bunun inflyasiyaya səbəb olacağını zənn edirlər. REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli isə mətbuata açıqlamasında bildirib ki, ölkədə maaş və təqaüd artımları qiymət artımları üçün psixoloji şərait yaradır.

Qeyd edək ki, uzun illərdir ki, bu hallar Azərbaycanda təkrar olunur və süni qiymət artımı nəticəsində artan maaşlar və təqaüdlər əslində monopolistlərin cibinə getməkdədir. Bəs bu dəfə necə olacaq? Təqaüdçü artan təqaüdündən arzaqdan başqa istiqamətdə yararlana biləcəkmi? Ümumiyyətlə artan maaş və təqaüdlərin süni şəkildə yaradılan inflyasiyanın qurbanı olmaması və artımın ayrı-ayrı monopolistlərin cibinə getməməsi üçün nələr edilməli, hansı kompleks tədbirlər həyata keçirilməlidir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərlinin özü ilə müzakirə edib.

Natiq Cəfərli: “Bazarda oyunçuların, topdansatış ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin sayı nə qədər çox olacaqsa, qiymətlərin normal iqtisadi qanunlara uyğun tənzimlənməsi də bir o qədər rahat baş verəcək”.

Azərbaycanda topdansatış ticarəti ilə pərakəndəsatış ticarətin arasında ciddi fərq olduğunu düşünən iqtisadçı-ekspert bildirib ki, pərakəndə satış ticarəti daha çox çeşidlidir. Yəni pərakəndəsatış ticarəti ilə on minlərlə insan məşğul olur. Burada inhisarçılıq mümkün deyil. Çünki pərakəndəsatış ticarətində az-çox rəqabət var. Amma topdansatış ticarəti ilə bağlı ciddi problemlər var:

Azərbaycanda illərlə oturuşmuş “ənənə” var ki, maaş və təqaüdlərin artımı fonunda həmişə qiymətlərin də artımı müşahidə olunub. Bu illər ərzində dəfələrlə biz bunu görmüşük.

Qeyd edim ki, Azərbaycanda topdansatış ticarəti ilə pərakəndəsatış ticarəti arasında ciddi fərq var. Pərakəndəsatış ticarəti daha çox çeşidlidir. Yəni pərakəndəsatış ticarəti ilə on minlərlə insan məşğul olur. Burada inhisarçılıq mümkün deyil. Çünki pərakəndəsatış ticarətində az-çox rəqabət var. Obrazlı şəkildə desək bir mağazanın yanında digər bir mağaza da var ki, onların rəqabəti qiymətlərin aşağı-yuxarı tənzimlənməsində rol oynayır.

Amma topdansatış ticarəti ilə bağlı ciddi problemlər var. Ölkədə kənd təsərrüfatı, ərzaq məhsulları istehsalçıları da çox dar çərçivədə formalaşıb. Həmçinin Azərbaycanda ixdalçıların da çox dar çərçivəsi formalaşıb. Ölkəyə mal gətirənlərin qiymətə diqtə etməyə kifayət qədər əllərində fürsət var. İdxalçılarla bağlı rəqabətli mühitin olmaması, yəni idxalçılar tərəfindən rəqabətin çox zəif olması qiymət artımına səbəb olan əsas xüsusiyyətlərdən birinə çevrilib. Uzun illərdir biz bunu müşahidə edirik.

Natiq Cəfərli: “Azərbaycanda çağırışlar səslənir ki, qiymətləri yenə dövlət tənzimləsin. Mən bunun qəti əleyhinəyəm və dövlət qiyməti tənzimləyə bilməz”.

Rəqabətli mühit olmalıdır ki, qiymətlərin iqtisadi yolla tənzimlənməsini müşahidə edə bilək. Dünyanın keçdiyi yol da sübut edir ki, hər hansı nəzarət mexanizmləri ilə qiymətlərin tənzimlənməsinə gediləndə, bu əks effekt yaradır. Biz bunu öz yaxın keçmişimizdə də görmüşük. Sovetlər dönəmində qiymətləri dövlət tənzimləyirdi, nəticə etibarı ilə də piştaxtalarda heç nə görmürdük, amma piştaxta altından məhsulların kifayət qədər daha baha satılmasının şahidi olurduq.

İndi də Azərbaycanda çağırışlar səslənir ki, qiymətləri yenə dövlət tənzimləsin. Mən bunun qəti əleyhinəyəm və dövlət qiyməti tənzimləyə bilməz. Dövlət yalnız təbii inhisarların, yəni kommunal xidmətlərin qiymətlərini müəyyənləşdirə və tənzimləyə bilər. Amma bazar qiymətlərini bazar oyunçuları arasında yaranan rəqabət mühiti tənzimləyəndə daha qalıcı olur və alıcı üçün daha sərfəli bir formada inkişaf edir.

Natiq Cəfərli: “Ümumdünya Ticarət Təşkilatına üzvlük ölkədə rəqabətli mühitin yaradılması üçün ən vacib addımlardan biri ola bilər”.

Bu psixoloji gərginliyin aradan qaldırılması üçün, ümumiyyətlə qiymət artımının suni şəkildə baş verməməsi üçün iqtisadi mexanizmlər formalaşmalıdır. Həmçinin “rəqabət məcəllə”si qəbul olunmalıdır, ölkədə rəqabətli mühit yaradılmalıdır, xarici ticarətlə məşğul olanlara daha ciddi sərbəstliklər verilməlidir. Bazarda oyunçuların, topdansatış ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin sayı nə qədər çox olacaqsa, qiymətlərin normal iqtisadi qanunlara uyğun tənzimlənməsi də bir o qədər rahat baş verəcək. Həm də biz qonşu ölkələrlə müqayisədə eyni növ məhsulların kəskin qiymət fərqinin olduğunu müşahidə etməyəcəyik.

Bunun daha fundamental və təməl yollarından biri də Azərbaycanın nəhayət Ümumdünya Ticatət Təşkilatına üzvlük məsələsidir. Artıq 21 ildən çoxdur ki, bu istiqamətdə danışıqlar gedir. Bütün qonşu ölkələr Ümumdünya Ticatət Təşkilatına üzv olublar. Amma Azərbaycan bu təşkilata üzv olmaq istəmir və Azərbaycan hökuməti bunu geçikdirir. Əslində isə Ümumdünya Ticarət Təşkilatına üzvlük ölkədə rəqabətli mühitin yaradılması üçün ən vacib addımlardan biri ola bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar