Cümə, 20 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ermənistana gedən qaz xətti və stansiya sərhədçilərimizin nəzarətinə keçdi - Foto 

Bu haqda məlumatı “AzeriDefence” saytının baş redaktoru Rəşad Süleymanov yayıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sər­həd di­vi­zi­ya­sının yeni müdafiə mövqelərinə qalxması nəticəsində, sərhədçilərimiz təkcə min hektarlarla ərazilərə deyil, həm də Gürcüstandan Ermənistana ge­dən qaz kəmərinə və yaxınlıqdakı qaz stansiyasına da nəzarət imkanı əldə ediblər.

Bu haqda məlumatı “AzeriDefence” saytının baş redaktoru Rəşad Süleymanov yayıb.

Artıq sərhədçilərimizin döyüş mövqelərinin atəş xətti altında olan qaz stansiyasının fotosunu da yayan R.Süleymanov bildirib ki, Babakər dağında yeni postların qurulmasından sonra Qazax rayonu istiqamətində üstünlük Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarına keçib.

Xatırladaq ki, avqustun 13-də Qazax istiqamətində ermənilərin təxribatlarını önləmək üçün DSX tərəfindən mövqelərin önə çəkilməsi və bəzi yüksəkliklərdə yeni mövqelərin tutulması ilə bağlı yayılan xəbərdən sonra, avqustun 14-dən başlayaraq, Ermənistan Ordusunun yüksəkrütbəli zabitləri əraziyə göndərilib. Onlar ön mövqelərdə baş verən uğursuzluğun şəxsi heyətdə və sərhədyanı kəndlərin əhalisində yaratdığı psixoloji təsiri aradan qaldırmağa çalışırlar.

pia.az

Etiket:

loading...