Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atası təhsil almasına qarşı çıxdığı üçün evi tərk etdi - Azərbaycanda

Ali məktəbə qəbul olan oğlana atası oxumağı qadağan edib

Hətta oğlunun təhsil almasına mane olmaq üçün ata onun attestatını da gizlədib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov paylaşıb:

"Bağılı Orxanın 18 yaşı var. Öz savadı, öz istəyi və öz əzmi ilə ADU-nun Tərcümə (rus-fransız) fakültəsinə qəbul olub. Atası Orxanın attestatını gizlədərək onun təhsil almasına mane olmaq istəyirdi. Orxan deyir ki, mən ixtisas seçimi edib gedib evdə dedim ki, kodlaşdırmanı etmişəm. Atam isə dedi ki, sən universitetə qəbul olmayacaqsan.

Əgər olsan, bizlə yaşamayacaqsan! Avqustun 8-i nəticələr açıqlananda isə atası yenidən eyni şeyi deyib. Orxan isə cavabında "mənim heç sənə ehtiyacım yoxdur" deyərək evi tərk edib. Orxan attestatı ilə bağlı polisə müraciət edib, atası isə cavabında Orxanı şikayət etməyə cəhd edib ki, evdən sənəd oğurlayıb.

Orxanın özündən böyük qardaşları da təhsil almayıb, amma danışığından belə başa düşdüm ki, qardaşları ona əks mövqedə deyillər. Orxan ödənişli əsaslarla universitetə qəbul olub, ödənişi isə 1000 manatdır. Deyir, öz maaşım 400 manatdır və hər ay 84 manat yığsam, təhsil haqqımı toplaya bilirəm".

Orxanın qeydiyyatdan keçməsində Təhsil NazirliyiAzərbaycan Dillər Universiteti də öz dəstəyini əsirgəmədiyi qeyd olunub.

Pia.az


Etiket: təhsil qadağa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar