Ceyranbatanda yanğın hadisəsi baş verib
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Pia.az