Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sirab” İsa Qəmbər və Arif Hacılı ilə bağlı bəyanat yaydı

Babək “Sirab” ASC - nin İdarə Heyətinin sədri Namiq Novruzov bu barədə danışıb

Son zamanlar bəzi xəbər saytlarında “Müsavat” Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “Sirab” şirkəti tərəfindən maliyyələşdirilməsi haqqında məlumatlar yayılıb. Bu səpgili xəbərlərin meydana çıxmasına səbəb isə, Avropada yaşayan və özünü müsavatçı jurnalist kimi təqdim edən Laçın Məmişov tərəfindən “youtube” kanalında yayımlanmış bir videodur. Həmçinin, xəbərlər Babək “Sirab” ASC – yə məxsus “Sirab” mineral sularının foto şəkilləri də yerləşdirilərək yayımlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu bəyanatla Babək “Sirab” ASC - nin İdarə Heyətinin sədri Namiq Novruzov çıxış edib. Şirkət bildirib ki, məsələ ilə bağlı araşdırmalardan sonra bəlli olur ki, sözügedən jurnalistin açıqlamasında yuxarıda da qeyd edilən kimi, Babək “Sirab” ASC-dən yox, Avropada yaşayan hansısa Azərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin birində qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən “Sirab Europa Gmhb” adlı bir şirkətdən bəhs edilir.

Babək “Sirab” ASC olaraq qətiyyətlə bildiririk ki, Avropada qeydiyyatdan keçmiş həmin “Sirab Europa Gmhb” adlı şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə fəaliyyət göstərən Babək “Sirab” ASC ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.

Lakin bir sıra yerli xəbər saytları bu informasiyanı “Babək Sirab” ASC rəhbərliyi ilə heç bir dəqiqləşdirmə aparmadan Babək “Sirab” ASC – yə məxsus “Sirab” mineral sularının foto şəkillərindən də istifadə etməklə öz xəbər saytlarında yayımlamışdırlar.

Bu cür qeyri-dəqiq xəbəri yayan media quruluşlarının məsələyə qeyri – peşəkar yanaşaraq, KİV haqqında qanunun tələblərinə məhəl qoymayaraq qarşı tərəfin mövqeiyini öyrənmədən birtərəfli qaydada xəbər yayınlamasından və nəticə etibarilə ictimaiyyətdə şirkətimizə və markamıza yönəlik əsassız çaşqınlıq yaratmasından dərin təəssüf hissi keçiririk.

Babək “Sirab” ASC-yə və “Sirab” markasına yönəlik qeyri-dəqiq informasiyanı yayan xəbər saytlarından yanlışlarını düzəldərək təkzib vermələrini tələb edir, əks təqdirdə haqqımızı hüquqi müstəvidə qorumaq üçün bütün zəruri addımları atacağımızı bildirmək istəyirik.

Bir daha mediya və mətbuat sahəsində çalışan dəyərli qələm sahiblərini bu kimi məsələlərə diqqətli və həssas yanaşmağa, vəzifə borcunu peşəkarlıq və qanuna müvafiq olaraq yerinə yetirməyə dəvət edirik”.

Pia.az


Etiket: Sirab ASC

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar