Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın oğluna 7 il iş verilə bilər

Hüquqşünas vəziyyəti şərh edib

Lerikdə fəaliyyət göstərən “Relaks” İstirahət Mərkəzinin sahibi, millət vəkili İqbal Məmmədovun oğlu minimum 7 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Hüquqşünas İradə Cavadova “Yeni Sabah”a bildirib ki, İqbal Məmmədovun oğlu və yaxınlarının ittiham olunduğu cinayət ağır cinayətlər kateqoriyasına daxildir və bu baxımdan onlara yüngül cəza veriləcəyi inandırıcı görünmür.

“Onlar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir. Birinci maddədə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, ikinci maddədə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təbii ki, onların əvvəllər məhkum olunub-olunmadıqları, ailə vəziyyəti və s. nüanslar da araşdırılıb nəzərə alına bilər. Amma istənilən halda düşünürəm ki, onlar minimum 7 il azadlıqdan məhrum edilə bilər”, - deyə hüquqşünas bildirib.

Xatırladaq ki, İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və yaxınları “Relaks” İstirahət Mərkəzində vergi yoxlaması aparmaq istəyən Vergilər Nazirliyinin əməkdaşlarına zor tətbiq ediblər. Məsələyə müdaxilə edən Lerik rayonunun polis əməkdaşları da müqavimətlə üzləşiblər.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar