Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq prezident Barak Obama nə iş görür və milyonları necə qazanır?..

Bir çıxışa 300 min, etiraflara görə 65 milyon dollar… 

Prezident səlahiyyətlərini başa vurandan sonra kölgəyə çəkilən, siyasi səhnədən uzaq duran Barak Obamanın bu yanaşmasından partiya yoldaşları, ümumiyyətlə, bütün amerikalı liberallar narazıdır. Onlara görə, Obama kimi böyük populyarlığa sahib biri, ölkənin siyasi həyatında daha aktiv iştirak etməli, nöqsanlara operativ reaksiya verməlidir. Obama uzun sürən səssizliyini bu yaxınlarda Texas və Ohayada baş verən silahlı insidentlərlə – kütləvi güllələnmə olayları ilə bağlı pozdu. Rəsmi şəkildə bəyanat verərək millətçi-radikalları və onları ruhlandıran liderlərini tənqid etdi.

Amerikanın ilk qaradərili lideri olan Barak Obama həm də Birləşmiş Ştatlar tarixinin ən populyar prezidentlərindən hesab olunur. Onu bu baxımdan “ilk onluq”a daxil edənlər də var.

Donald Tramp Oval kabinetə ayaq basan gündən Obamanın “izlərini” silməyə başladı. Obamanın adı ilə bağlı olan bir çox təşəbbüslər – səhiyyə və miqrasiya islahatları, beynəlxalq razılaşmalar, iqlim sazişi və s. yeni prezidentin “qara siyahısına” düşdü.

Bütün bunlara çox nadir hallarda reaksiya verən Barak Obama sosial şəbəkələrdən bir neçə dəfə bəyanat verməklə kifayətləndi. Özü də bu bəyanatların heç birində rəqibinin adını çəkmədi. Elə silahlı insidentlərlə bağlı son açıqlamasında da Trampın adını çəkməməyə üstünlük verdi.

“İstənilən liderin qorxu və nifrət yayan ritorikasını, irqçi düşüncələri normal sayan əhvalını açıq şəkildə tənqid etməliyik. Bizə bənzəməyənləri, o cümlədən mühacirləri həyatımıza təhdid hesab edən, başqa insanlara natamam kimi baxan, Amerikanın yalnız bir qrup adama məxsus olduğunu düşünən liderləri nəzərdə tuturam”, – Obama “Twitter” hesabından yazmışdı.

Şübhəsiz ki, Obama “liderlər” deyəndə Trampı nəzərdə tuturdu. Lakin keçmiş prezidentin “New York Magazine”a açıqlama verən dostlarının sözlərinə görə, əslində Obama Ağ Evin yeni sahibinin bütün addımlarını izləmir, siyasi diskussiyalardan yan qaçır.

Əlbəttə ki, o, siyasətdən tamamən kənar qala bilməzdi. Ən azından aralıq seçkilərdə demokratlara yardım etməli idi. Çox güman ki, qarşıdakı prezident seçkiləri kampaniyasında Obama nüfuzlu “surroqat persona” rolunda çıxış edərək demokratların namizədini mitinqlərdə, digər tədbirlərdə əvəz (namizəd özü başqa ştatda olanda) edəcək.

Maraqlıdır ki, Obama özünün keçmiş (2009-2017-ci illər) vitse-prezidentinə və demokratların vahid namizədi olmağa çalışan Co Baydenə hələlik açıq dəstəyini ifadə etməyib.

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Bu ilin yazında seçkiöncəsi kampaniyada iştirakını elan edərkən Bayden bildirmişdi ki, əgər Donald Trampa Ağ evə 8 il rəhbərlik etməyə imkan yaratsalar, o, xalqın xarakterini həmişəlik dəyişəcək. “Mən kənarda qala və baş verənləri izləyə bilmərəm”, – deyə Bayden əlavə etmişdi.

Məlumatlı mənbələrin sözlərinə görə, təqaüddə olan Obama əsasən iki təşəbbüsə köklənib: memuarlarını yazmaq, həmçinin öz adına muzey və kitabxana qurmaq.

Mətbəələr siyasətçilərin etiraflarına böyük pullar ödəməyə hazırdılar. Çünki bu cür kitabların böyük tirajla satılacağına əmindirlər. Məlumatlara görə, artıq Barak Obama “Penguin Random House” mətbəəsi ilə 65 milyon dollarlıq müqavilə imzalayıb. Keçmiş birinci ledi Mişel Obama isə öz memuarlarını artıq nəşr etdirib.

O da bildirilir ki, son vaxtlar Obama öz administtrasiyasının keçmiş işçilərini tez-tez kabinetə dəvət edərək söhbətləşir. Məqsəd, keçmiş günləri xatırlayıb, bu barədə kitabda bəhs etməkdir.

Prezident kitabxanası və muzeyinə gəlincə, onların hər ikisinin Çikaqoda olması planlaşdırılır. Çikaqo Obamanın təhsil aldığı, hüquqşünas kimi işlədiyi və gələcək xanımı ilə tanış olduğu şəhərdir.

“Obama Foundation” xeyriyyə fondu hələ Obamanın prezidentliyi dövründə fəaliyyətə başlamışdı. Hazırda fondun fəaliyyəti bir neçə təşəbbüsü birləşdirir: qaradərililər üçün My “Brother’s Keeper Alliance” adlı təhsil proqramını, bütün dünyadadan olan gənc liderlər üçün Çikaqo Universitetində təqaüdlü təhsili və nəhayət, prezident kitabxanası və muzeyinin yaradılmasını.

Memuarlar üçün ödənilən çoxmilyonluq qonorar keçmiş prezidentlər üçün yeganə qazanc mənbəyi deyil. Adətən aparıcı liderlər tədbirlərdə ödənişli çıxışlar edirlər. Bu sahədə Bill Klinton və xanımı Hillari Klinton xüsusi fəallığı ilə seçilir.

KİV-lərin məlumatına görə, Barak Obama hər çıxışı üçün “Carlyle”, “Cantor Fitzgerald” və “Northern Trust” kimi, maliyyə institutlarından 300 min dollar qonorar alır. Keçmiş prezident nüfuzlu universitetlərdə də çıxışlar edir.

Bundan başqa, bütün eks-prezidentlər kimi, Barak Obama da təqaüd alır, həmçinin ofisinin və köməkçilərinin xərcləri dövlət tərəfindən ödənilir.

Ağ Evin bütün sabiq sahibləri ehtiyacı olanlara yardım edirlər. Obama da istisna deyil. Xeyriyyə fondundan əlavə, Obama digər eks-prezidentlərlə birlikdə “One America Appeal” qeyri-kommersiya təşkilatında təmsil olunur.

Təşkilat “Harvi”, “İrma” və “Mariya” qasırğasının qurbanlarına dəstək verir. Təkcə 2017-ci ildə qurum 40 milyon dollar toplaya bilmişdi. Bütün bunlarla yanaşı, Obama xanımı ilə birgə “Higher Ground Productions” kino şirkəti təsis edib və “Netflix” üçün seriallar çəkməyi planlaşdırır.

“Biz “Higher Ground”u qurduq ki, hekayələrin gücünə hakim olaq. Ona görə də bu layihə bizi hədsiz dərəcədə ruhlandırıb. İrqi və sinfi məsələlərə, demokratiya mövzularına, vətəndaş haqlarına toxunacağıq. Düşünürük ki, bu layihələrin hər biri bizləri həm əyləndirəcək, həm məlumatlandıracaq, həm də bir araya gətirib ruhlandıracaq. Hazırda studiyada 7 layihə işlənir. Onların arasında Maykl Lyuisin Tramp administrasiyası ilə bağlı “Beşinci risk” kitabının ekranlaşdırılması və qaradərililərin hüquqları uğrunda mübarizə aparan Frederik Duqlasın bioqrafiyası da var”, – deyə Obama jurnalistlərə açıqlamasında bildirib.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar