Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya universitetlərinin reytinqi açıqlanıb – Siyahıda Azərbaycandan universitet yoxdur

Avqustun 16-da Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqlayıb

2003-cü ildən bəri bu reytinq şəffaf metodologiya və obyektiv üçüncü tərəfin məlumatına əsasən dünyanın aparıcı 500 universitetinin adını təqdim edir. Bu, dünyada etibarlı reytinq sayılır. Bu ilsə dünyanın ən yaxşı 1000 universitetinin adı açıqlanıb.

Artıq 17 ildir Harvard Universiteti reytinqdə birinciliyi saxlayır. Stenford Universiteti və Kembric Universiteti uyğun olaraq 2 və 3-cü yerdədirlər.

İlk onluğa daxil olan digər universitetlər Massaçusets Texnologiya İnstitutu (MIT), Berkli, Prinston, Oksford, Kolumbiya, Kaltek və Çikaqodur.

Avropa qitəsində Sürix Universiteti (19) ən yaxşı universitet sayılır. Ondan sonra Kopenhagen Universiteti (26) gəlir.

Asiyada isə Tokio Universiteti (25) və Kyoto Universiteti (32) liderliyi saxlayır. Tsinxua Universiteti (43) Asiya universitetləri içində üçüncüdür. Melburn Universiteti (41) Okeaniyada liderdir.

Moskva Dövlət Universiteti dünya reytinqində 87-cidir.

Tehran Universiteti 301-400-cü, Təbriz Universiteti isə 901-1000-ci pillələr arasındadır.

Siyahıda Azərbaycandan universitet adına rast gəlinmir. (azadliq.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar