Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tümen vilayətinin biznes missiyası “Azərsun” Holdinqdə olublar

Tümen vilayətinin İxraca Dəstək Mərkəzinin sədri Sergey Poluxinin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərsun” Holdinqdə olublar...

PİA.az xəbər verir ki, Tümen vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti ilə “Azərsun” Holdinq rəhbərliyi arasında iki tərəfli görüş keçirilib. Azərbaycanın ixrac potensialının artmasında, yerli məhsulların dünya bazarlarına çıxarılaraq istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanmasında müstəsna rol oynayan Azərsun Holdinq barədə məlumat verildikdən sonra qonaqlara şirkətlər qrupunun tanıtım videoçarxı nümayiş etdirilib.

Tümen vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinə rəhbərlik edən Sergey Poluxin bildirib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atan “Azərsun” Holdinqə səfərində məqsəd şirkətlər qrupunun fəaliyyəti ilə yaxından tanış olmaq, gələcək ikitərəfli əməkdaşlığın müzakirəsi və işbirliyinin qurulmasıdır.

Tümen vilayətində “Jizn” şirkətinin təsisçisi, idarə heyətinin sədri Oleq Dedkov öz çıxışında görüşdə iştirak edən Azərsun Holdinq rəhbərliyini salamlayaraq, belə böyük şirkətlər qrupu ilə gələcəkdə əməkdaşlıq etmək istədiklərini və bundan məmnunluq duyacaqlarını söyləyib.

Görüşün sonunda qonaqlara Azərsun Holdinqin məhsullarında ibarət hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.

Qeyd edək ki, Tümen vilayətinin Azərbaycanda səfərdə olan biznes missiyasının iştirakçıları “Tümen Cihaz” , “Tümen maşınqayırma zavodu”, “Jizn” , “SİBNA” qurumlarının rəhbərləri, Azərsun Holdinq tərəfindən isə “Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın baş direktoru Məhəmməd Gozal, “Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın direktor müavini Akif Əsgərov, “Azərbaycan Şəkər istehsalat Birliyi”nin (AŞİB) direktoru Mehran Məmmədov, “Azərsun” Holdinqin baş direktor müavini Nazim Quliyev və İctimaiyyətlə Əlaqələr direktoru Kazım Babayev iştirak ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar