Məlumatı “France Presse” agentliyi Hindistanın hökumət mənbələrinə istinadən yayıb
Hindistanın nəzarətində olan Cammu və Kəşmirin avqustun əvvəlindən statusunun dəyişdirilməsindən bəri birlik ərazilərində azı 4 min insan saxlanılıb.
Bildirilir ki, saxlanma tədbirləri ictimai təhlükəsizlik haqqında qanuna əsasən həyata keçirilib. Bu qanunverici akt hakimiyyət nümayəndələrinə saxlanılan şəxsi məhkəmə olmadan iki il müddətinədək həbs etməyə imkan verir.
“Saxlanılanların əksəriyyəti həbsxanaların dolması səbəbindən təyyarə ilə Kəşmirdən aparılıb”, - deyə agentlik hindistanlı hakimlərin sözlərindən sitat gətirib.(APA)
Pia.az