Çərşənbə, 18 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”

Tanınmış vəkil Adil İsmayılov keçmiş daxili işlər naziri (16 may 1992 - 16 aprel 1993) İsgəndər Həmidovun məhkəmə işi ilə bağlı maraqlı məlumat açıqlayıb

PİA.AZ Adil İsmayılovun bununla bağlı yazısını təqdim edir:

İsgəndər Həmidovla şəxsi tanışlığımız bu məhkəmədən xeyli əvvələ təsadüf edir. Onunla bağlı müxtəlif tipli xatirələrim var. Belə xatirələrimdən biri 1993-cü ilin fevralında AXC-nin qurultayı günü keçmiş Lenin sarayının qarşısında olan görüşümüzə aiddir. Bəyin yadında qalaıbsa, özü danışsa, məmnun olaram, yadında deyilsə və etiraz etmirsə, mən danışaram.

İndi isə onu deyim ki, İsgəndər bəy koloritli simadır, bütün mənfi və müsbətlərinə rəğmən çox səmimi insandı, hətta bəzi məqamlarda bu səmimilik sadəlövhlük həddinə çatır. Onun xətri mənim üçün əzizdir və bilirəm ki, bu qarşılıqlıdır. İndi də ara-sıra xeyir-şər məclislərində görüşürük. Qayıdaq Həmidovun məhkəməsinə

İsgəndər Həmidov vəkil kimi müdafiə etdiyim nazir postu tutmuş şəxslərdən biri, daha doğrusu birincisi idi. Həmidovun məhkəməsi 1995-ci ildə, Azərbaycan Respublikasının 1-ci çağırış Milli Məclisinə seçkilər ərəfəsinə düşdü. İşə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılırdı.

Onda hələ ağır cəzalar, üzr istəyirəm ağır cinayətlər məhkəmələri yox idi. İşə Ali Məhkəmənin hakimi Mansur İbayev baxırdı. (Ramil Səfərovun işində olduğu kimi xalq iclasçıları , yəni peşəkar hakim olmayan sağdış, soldışla).

Həmidov dövlət əmlakını mənimsəmə, qulluq mövqeyindən sui-istifadə etmə və digər ağır cinayətlərdə ittiham olunurdu, bu barədə bir qədər sonra. İttihamnamədə ( o vaxt ittiham aktı belə adlanırdı) səhv etmirəmsə, 50 nəfərə kimi şahidin dindirilməsi nəzərdə tutulurdu.

Zərdüşt Əlizadə zərərçəkmiş şəxs idi. Zərdüştə vurduğu şilləyə görə Həmidovu ölüm cəzası, ya da 15 ilə kimi azadlıqdan məhrum etmə gözləyirdi. Həmidova bu əmələ görə müharibə şəraitində hərbçinin səlahiyyət hədlərini aşması maddəsi verilmişdi.

Məhkəmənin birinci günü ittiham elan edildi, Həmidov dindirildi və təbii ki, ittihamları qəbul etmədi. Mən həmişə bu fikirdə olmuşam kii, o, ittihamların hamısı qanunsuz və əsassız idi. Məhkəmə çıxışında da dedim ki, prokurorluq günahla təqsiri səhv salıb. Həmidovun günahları çox ola bilər. Amma elan edilmiş ittihamda onun təqsiri yoxdur.

İkinci və üçüncü məhkəmə iclaslarında ən çoxu 10 nəfərə kimi şahid dindirildi. Bunlardan yadımda qalan iki nəfər general mayor Aleksandr Vasyak və Milli Məclisin üzvü Rauf İsmayılov idi. Hər ikisi Həmidovun əleyhinə heç nə danışmadı. Zərdüşt Əlizadənin məhkəməyə gəlib-gəlməməsini xatırlamıram. Beləliklə, 10 şahidi dindirdikdən və üçüncü məhkəmə iclasında fasilədən qayıtdıqdan sonra hakim gözlənilmədən məhkəmə istintaqının bitdiyini elan edildi.

Aydın məsələdir ki, mən etiraz etdim. Hakimi qanunlara hörmət etməyə çağırdım. İttihamın şahidləri dindirilmədən, bizə əlavə şahidlər dəvət etmək üçün şərait yaradılmadan, məhkəməyə gəlməyən şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sənədlər elan edilmədən məhkəmə istintaqının başa çatmasının qanunsuz olmasını dedim. Amma sədrlik edən mənə qulaq asmaq belə istəmədi və çıxışlara keçdi.

Birinci çıxış üçün sözü dövlət ittihamçısına-prokurora verdi. Görünürdü ki, prokuror hadisələrin bu cür inkişafına hazır idi, bunu əvvəlcədən bilirdi. 10-15 dəqiqə çıxış edib məhkəmədən Həmidova 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş etdi.

Sədr çıxış üçün mənə söz verdi. Yerimdən qalxaraq çıxışa hazır deyiləm dedim. Hakim 5 dəqiqə fasilə elan etdi və zaldan çıxdı. Fasilədə katib mənə yaxınlaşıb dedi ki, İbayev çağırır. Mən hakimin otağına getdim. İbayev dedi ki, ona tapşırıq verilib bu gün məhkəmə bitməlidir və hökm oxunmalıdır. Cavab verdim ki, mən bu vəziyyətdə çıxış edə bilmərəm. Yenə də yadına saldım ki, istintaqın bu vəziyyətdə bitməsi qanunları tapdalamaqdır. Hakim dediyində israr edəndə otaqdan çıxdım...(yeni sabah)

pia.az

Etiket:

loading...