Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN Sudanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı ölkədə imzalanmış sülh müqaviləsi ilə əlaqədar təbrik edib

Bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində qeyd olunub.

Azərbaycan beynəlxalq ictimaiyyətə qoşularaq qardaş Sudan xalqını Afrika İttifaqı və Efiopiyanın vasitəçiliyi ilə tarixi sazişin imzalanması münasibətilə təbrik edir: “Bu saziş Sudanda sülh, stabillik və rifaha doğru tarixi nailiyyətdir”.

Qeyd edək ki, avqustun 17-də paytaxt Xartumda keçirilən təntənəli mərasimdə ölkənin Hərbi Şurası və əsas müxalifət birliyi olan “Azadlıq və dəyişikliklər” alyansı arasında Konstitusiya Bəyannaməsi imzalanıb. Sənəd ölkədə keçid dövrünün əsas prinsiplərini ehtiva edir. Həmin dövrdə hərbçilər tədricən hakimiyyəti mülki şəxslərə təhvil verməlidirlər. Eyni zamanda, tərəflər arasında siyasi sazişin də yekun variantı imzalanıb və bu sənəddə keçid dövründə ölkənin siyasi quruluşunun əsas müddəaları təsbit olunub. Bu sazişin mətni iyul ayında razılaşdırılıb.

Konstitusiya Bəyannaməsi və sazişi Sudanın Keçici Hərbi Şurasının sədr müavini, general Məhəmməd Həmdan Daqalo və “Azadlıq və dəyişikliklər” alyansının nümayəndəsi Əhməd Rabiyə Efiopiyanın Baş Naziri Əbiy Əhməd və Cənubi Sudanın Prezidenti Salva Kiyrin iştirakı ilə imzalayıblar.

İmzalanma mərasimində Efiopiyanın Baş naziri Abiy Əhməd, Səudiyyə Ərəbistanın Xarici İşlər naziri Adil əl-Cübeyr, Misirin Baş naziri Mustafa Madbuli, Sudan Prezidenti Salva Kir iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar