Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail İran hədəflərini vurdu, İraq hava məkanını bağladı

İraq öz hava məkanını beynəlxalq koalisiyanın və digər bütün silahlı qruplaşmaların təyyarələri üçün bağlı elan edib

Bu haqda İsrailin hərbi-kəşfiyyat dairələrinə bağlı “Debka” saytı İraqdakı mənbələrdən əldə etdiyi informasiyaların analizi əsasında yazır. Bildirilir ki, İraqın hava məkanını bağlaması İsrail təyyarələrinin son aylarda bu ölkə ərazisindəki İran hərbi hədəflərinə endirdiyi raket zərbələri ilə əlaqəlidir.

Məlumata görə İraq baş naziri Adil Abdul Mehdi ötən cümə günü İsrail Hərbi Hava Qüvvələrinin iranyönümlü şiə qüvvələrinin bazalarına zərbələrinin, istər təyyarələr, istər pilotsuz uçan aparatlar və raketlər olsun, qarşısını almaq üçün bir sıra “enerjili tədbirlər” görüb.

Əvvəla baş nazir tələb edib ki, avqustun 12-də Bağdaddan cənubdakı Əl-Sakar hərbi bazasında raketlərin saxlanıldığı bazada baş vermiş partlayışın səbəbi hərtərəfli araşdırılsın.

Bir versiyaya görə partlayıa bazada baş vermiş yanğın səbəb olub, lakin digər versiyaya görə baza naməlum pilotsuz təyyarənin hücumu nəticəsində partlayıb. Bəzi mənbələr bazaya İsrailin zərbə endirdiyini təxmin edir və 2019-cu il iyulun 19-da İraqın “Əşrəf” hərbi bazasına İsrail təyyarələri tərəfindən endirilmiş zərbəni yada salır. Həmin zərbə nəticəsində İrandan təzə gətirilmiş ballistik raketlərin saxlanıldığı anbar məhv edilmişdi, bir neçə İran hərbçisi və iranyönümlü şiə yaraqlıları həlak olmuşdu.

Bundan əlavə İraq baş naziri tələb edib ki, bir ay ərzində bütün şiə yaraqlılarının bazaları və onların sursatları ölkənin iri şəhərlərindən çıxarılsın. Sayt yazır ki, bu tələb yerinə yetirilsə şiə yaraqlıları indiyədək Bağdadda və digər iri şəhərlərdə malik olduqları təsir rıçaqlarını itirəcəklər.

Adil Abdul Mehdi qəti şəkildə tapşırıb ki, istər İraqa, istər beynəlxalq koalisiyaya və digər silahlı qüvvələrə aid istənilən tipdə hərbi hava texnikası şəxsən baş nazirin icazəsi olmadan ölkənin hava məkanında uça bilməz. Əks halda onlar İraq Hərbi Hava Qüvvələri və ordusu tərəfindən vurulacaq.

Lakin “Debka” qeyd edir ki, İraq baş nazirinin bu tapşırığını yerinə yetirmək asan deyil. Çünki İsrail İraq səmasına F-35 “Adir” qırıcılarını göndərə bilər, bunlar da radarlara görünmür, Bağdadın bu təyyarələri aşkarlamaq üçün sistemləri yoxdur.

Digər problem vaxtaşırı olaraq İraqın şimalında PKK düşərgələrini vuran Türkiyə qırıcılarıdır. İraq HHQ-nin Türkiyə aviasiyasına qarşı mübarizə aparmaq üçün yetərli gücü yoxdur. Habelə Türkiyə son vaxtlar İraqın şimalında İsrail istehsalı olan “Heron” qırıcılarını da tətbiq edir ki, Bağdad Türkiyə, yaxud İsrail pilotsuz təyyarələrini ayrıd etmək üçün sistemlərə malik deyil.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar