Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adolf Hitlerin 1945-ci ilin mayında ölmədiyi ilə bağlı yeni məlumat yayıldı

ABŞ-ın “The National İnterest” jurnalı Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilik qrifinin götürüldüyü sənədlərinə əsasən faşist Almaniyasının lideri Adolf Hitlerin hər kəsin bildiyi tarixdə ölmədiyi iddiasını irəli sürüb

Jurnal fürerin 1945-ci ildə intihar etmədiyini, Berlinin mühasirəsindən çıxıb qaçdığını və həyatının qalan hissəsini Kolumbiyada keçirdiyini bildirib.

Burada söhbət ABŞ kəşfiyyatının Venesuelanın paytaxtı Karakasdakı nümayəndəsinin məruzəsindən gedir. Burada o, “CIMELODY-3” kod adlı agentin məlumatını yuxarı dairələrə çatdırıb.

Həmin “CIMELODY-3” vaxtilə komandanlığı altında Avropada xidmət edən və bəhs edilən dövrdə Venesuelanın Marakaybo şəhərində yaşayan bir dostunun verdiyi maraqlı informasiyanı çatdırıb. Verilən məlumata görə,1955-ci ilin sentyabrın sonunda faşist Almanyasının “SS” Təhlükəsizlik xidmətinin keçmiş zabiti olmuş, özünü Filip Citroen kimi təqdim edən bir nəfər Hitlerin hələ də yaşadığını xəbər edib.

Hətta həmin zabit dediyini sübut etməkdən ötrü fotoşəkil də göstərib. Kəşfiyyat dosyesinə əlavə olunan, Kolumbiyanın Tunqa şəhərində çəkilmiş bir fotoda Adolf Şrittelmayor isimli bir şəxs görünür. Həmiş şəxsin Hitlerə çox bənzədiyi diqqət çəkir.

Jurnal bir çox nasist liderin mühasirədən sonra Cənubi Amerikaya qaçdığını qeyd edərək, Hitlerin də eyni yolla orada yerləşməsi ehtimalını qüvvətli olduğunu yazıb.

Sonda MKİ-nin rəsmi səhifəsinin bununla bağlı dərc olunan materialın originalını təqdim edirik.

https://www.cia.gov/library/readingroom/docs/HITLER%2C%20ADOLF_0003.pdf (Musavat.com)

pia.az


Etiket: ABŞ Adolf Hitler

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar