Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi

Azərbaycan Dövlət Sərhəd Xidmətinin qüvvələrinin Ermənistanla sərhədin Qazax rayonu istiqamətində irəliləməsi və yeni strateji, taktiki mövqelər tutması açıqlanandan sonra düşmən ölkədə də hərəkətə keçiblər

PİA.az xəbər verir ki, erməni tarixçi və hərbçi ekspert Artur Yegizaryan özünün Facebook səhifəsində “Azərbaycanla sərhəddə 140 hektar torpaq azad etməyə nail olduqlarını” yazıb.

Yegizaryanın sözlərinə görə, bununla da erməni hərbçiləri nəinki azərbaycanlıların qaz kəmərini və Gürcüstan-Ermənistan avtomobil yolunu nəzarətə almaq cəhdinin qarşısını alıblar, eləcə də Azərbaycan-Gürcüstan şosse yolunu nişangaha götürə biliblər.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan isə bu xəbərləri şərh edərkən “konkret hektarlar barədə” danışmaq istəmədiyini deyib. Amma bildirib ki, mövqelərin möhkəmləndirilməsi daimi prosesdir və müxtəlif istiqamətlərdə aparılır. “O cümlədən Naxçıvan istiqamətində”, - Ovanisyan deyib.

Virtualaz.org erməni tərəfinin bu iddiaları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mövqeyini alıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib ki, erməni tərəfinin təbliğat məqsədi ilə yaydığı bu məlumatların heç bir əsası yoxdur.

“Tam fərqli olaraq Azərbaycan ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif çaplı silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır. Erməni tərəfinin yaydığı bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara, xüsusən də inananlara acı təəsüf hissi ilə yanaşırıq”, - açıqlamada deyilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar