Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev: “Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır”

18 avqust – Azərbaycanda Sərhəd Qoşunları işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib...

PİA.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov 18 avqust - Sərhədçilərin peşə bayramı münasibətilə bütün sərhəd qoşunları əməkdaşlarını təbrik edib. Natiq öz çıxışında Azərbaycan Sərhədçilərinin uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayaraq Sərhədçilərin müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edərək bildirib ki, bu gün də hörmətli prezidentimiz İlham Əliyev də sərhədçilərə həmişə diqqət və qayğıkeşliklə yanaşır.

Tədbirdə qeyd edilib ki, prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində, dövlət sərhədlərinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılıb. “Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır”, deyən Cənab Prezident Azərbaycan kimi daxili sabitliyi ilə fərqlənən ölkələrin təhlükəsizliyi, ilk növbədə, sərhədin möhkəm olmasından asılı olduğunu bildirib: !Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik, əmin-amanlıq ölkəmizin inkişafı üçün əsas şərtdir. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun. Dostlarımız üçün qapılar açıq, düşmənlər üçün bağlı olmalıdır. Sərhəd mühafizəsinin təşkili nəticəsində, Azərbaycanda daxili təhlükəsizliyin təmin edilməsi daha da yüksək səviyyədə təşkil olunur”.

Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində də mühüm tədbirlər görülüb. Sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində, bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilib.

2010-cu il dövlət sərhədi sistemində tarixi hadisə kimi yadda qalan Dövlət Sərhəd Xidmətinin Akademiyasının istifadəyə verilməsi, Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək baxımından əhəmiyyətli olması ilə bağlı görülən işləri tədbir iştirakçıları xüsusi vurğulayıblar.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən bir neçə Sərhəd qoşunlarının işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar