Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Maaş artımı qiymət artımları üçün psixoloji şərait yaradır” - Ekspert

Dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması nəzərdə tutulur

Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Maraqlıdır, minimum əmək haqqının belə qaldırılması bazarda qiymət artımı ilə nəticələnəcək? Ölkədə inflyasiyanın yaranacağı gözlənilən haldır ?

Bu barədə sualları iqtisadçı-ekspert Natiq Cəfərli Modern.az-a açıqlamasında cavablandırıb.

Ekspert bildirir ki, ölkədə maaş və təqaüd artımları qiymət artımları üçün psixoloji şərait yaradır.

“Təqribən 700 minə yaxın insan 200 manatdan çox təqaüd alırdı. Onlara verilən məbləğdə heç bir dəyişiklik olmayacaq. Əmək təqaüdü 200 manatdan aşağı olanlarda isə artım olması nəzərdə tutulub . Çox təəssüf ki, illərdir ki, maaş və təqaüd artımları qiymət artımları üçün psixoloji şərait yaradır. Bizdə pərakəndə satışda rəqabətli mühit var, yəni ticarət şəbəkələrinin, mağazaların sayı çoxdur. Lakin topdan satış mərkəzləri inhisarçıların əlindədir. Yəni inhisarçılıq fəaliyyəti və topdan satış bazarında oyunçuların sayının az olması və psixoloji gərginliyi də üzərinə gəldikdə təqaüd və maaş artımının qiymət artımı ilə nəticələnməsi ilə müşahidə olunur.

Natiq Cəfərli deyir ki, obyektiv subyektiv səbəblərdən dolayı payız və qış aylarında qiymət artımının olacağını düşünürəm.

“Payız aylarında əlavə pul kütləsi bazara daxil olacaq və bu da öz növbəsində qiymət artımı ilə nəticələnəcək. Qiymət artımına təbii amillər də öz təsirini göstərir. Belə ki, payız aylarında artıq yerli məhsulların bazardan çəkilməsini izləmişik. Belə bir “ənənə” də formalaşıb ki, böyük bayramlara yaxın ərzaq məhsullarının qiyməti artsın. Ona görə də noyabr ayının sonundan başlayaraq yeni ilədək həm psixoloji amillərin, maaş və təqaüdlərin artması həm də iqtisadi amillərin, yəni pul dövriyyəsinin artması ilə əlaqədar olaraq ənənəvi xroniki problem olan inhisarçlılıq məsələlərinə görə yanvar ayınadək ciddi qiymət artımı dalğası müşahidə edəcəyik”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar