Bazar ertəsi, 28 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kənd Təsərrüfatı naziri: "Bu il Naxçıvanda 102 984 ton taxıl istehsal edilib"

Bunu NMR Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov Nazirlər Kabinetinin müşavirəsində qeyd edib

Bu il qısa müddət ərzində Naxçıvan Muxtar Respublikası (NMR) ərazisində biçin kompaniyası başa çatıb. 102 984 ton taxıl istehsal edilib ki, bunun da 25,7 min tonu arpa, 77,2 min tonu buğda olub. Arpada məhsuldarlıq hər hektarda 28,5 sentner, buğda da isə 31,2 sentner olub.

İclasda çıxış edən NMR Baş Nazirinin birinci müavini Elşad Əliyev bildirib ki, 2020-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 32 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 1032 ədəd təkərli, 99 ədəd tırtıllı, 115 ədəd taxılsəpən, 33 ədəd toxumtəmizləyən, 430 ədəd kotan, 296 ədəd lafet, 22 ədəd çizel və şırımaçan texnika saz vəziyyətə gətirilib. Cari ildə bütün taxıl sahələrinin şırım üsulu ilə əkilməsi nəzərdə tutulur.

“Bərəkət Toxumçuluq” MMC-nin direktoru Cəfər Müzəffərov çıxışında qeyd edib ki, 2018-ci ilin payızında təsərrüfatda 2019-cu ilin məhsulu üçün 1037 hektar torpaq sahəsində taxıl əkini müasir və səmərəli becərmə üsulu olan şırım üsulu ilə aparılıb. Göstərilən yüksək aqrotexniki qulluq nəticəsində 2500 tona yaxın məhsul istehsal olunub. Bu günə qədər 600 ton toxum vim aqreqatından keçirilərək dərmanlanıb və paketlənərək satışa hazır edilib, 2020-ci ilin məhsulu üçün 600 hektar sahədə şum aparılıb, şumlama işləri, toxum təmizlənməsi, dərmanlanması davam etdirilir.(Report)

Pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Razısınızmı Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət olsun?” - Paşinyan parlamentdən soruşdu  

Paşinyan xalqa müraciət etdi: “Azərbaycan Ordusu Qarabağda irəliləyir”

Paşinyan Qarbağdakı ermənilərə müraciət etdi

Füzuli istiqamətində döyüşlər davam edir- Foto

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - Rəsmi, Siyahı

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı yeni məlumat yaydı

Ermənistandan Qarabağa gedən yollardan biri bağlanıb

Ermənistan ölən hərbiçilərin adlarını açıqladı - Siyahı

Düşmənin döyüş texnikaları belə məhv edildi - Video

Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə

loading...

Ən çox oxunanalar